ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan və İran Astaraçay üzərində avtomobil körpüsünün tikintisinə dair Anlaşma Memorandumu imzalayıb (FOTO)

Azərbaycan və İran Astaraçay üzərində avtomobil körpüsünün tikintisinə dair Anlaşma Memorandumu imzalayıb.

Qafqaz.ir-in məlumatına görə, imzalanma Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşü zamanı baş tutub.

Məhəmməd Eslami Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qələbə münasibəti ilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

Azərbaycan-İran əlaqələrinin dövlət başçılarının siyasi iradəsi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycan ilə İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.

Görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.

Azərbaycan və İran Astaraçay üzərində avtomobil körpüsünün tikintisinə dair Anlaşma Memorandumu imzalayıb (FOTO) - Gallery Image

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button