ArxivXəbər lentiXəbərlər

AZƏRTAC və İRNA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

AZƏRTAC İranın İRNA xəbər agentliyi ilə əməkdaşlığı genişləndirməkdə və təcrübə mübadiləsini dərinləşdirməkdə maraqlıdır.

Bu fikir V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gələn İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.

Azərbaycan və İranın ortaq ənənələrə, mədəniyyətə, tarixə malik olduğunu qeyd edən baş direktor Aslan Aslanov iki ölkənin aparıcı agentlikləri arasında əlaqələrin möhkəmlənməsinin böyük önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda azad mətbuatın inkişafı üçün hərtərəfli şərait yaradılıb, bu da, eyni zamanda, xarici media ilə daha sıx əməkdaşlıq qurmağa imkan verir. AZƏRTAC böyük ənənələri olan və regionun informasiya məkanında önəmli yer tutan İRNA ilə əməkdaşlığı daha da genişləndirməkdə, müxtəlif sahələrdə təcrübə mübadiləsini dərinləşdirməkdə maraqlıdır.

Məhəmməd Xodadi Azərbaycan və İranın qardaş ölkələr olduğunu, əlaqələrin dərin tarixi köklərə əsaslandığını qeyd edib. Medianın ölkə həyatındakı roluna toxunan qonaq deyib ki, xəbər agentlikləri müasir dövrün tələblərinə cavab vermək üçün ilk növbədə peşəkar kadrlar və qabaqcıl texnologiyalarla təmin edilməlidir. M.Xodadi İRNA agentliyinin fəaliyyəti, informasiya yayımı haqqında məlumat verib.

Görüşdə AZƏRTAC və İRNA arasında əlaqələrin inkişafı, medianın transformasiyası, mobil cihazların və sosial medianın informasiyanın əldə edilməsində və yayılmasında rolu, həmçinin birgə fotosərgilərin təşkili imkanları müzakirə olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button