AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Xameneinin insan hüquqları ilə kitabı Azərbaycan dilində nəşr edilib

İranın Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun mədəniyyət attaşesinin səyləri sayəsində İslam İnqilabı Rəhbəri Ayətullah Xameneinin insan hüquqları ilə bağlı fikirlərini özündə cəmləşdirən kitab Azərbaycanca nəşr edilib.

Qafqaz.ir Rasthaber-ə istinadən xəbər verir ki, İranın mədəniyyət attaşesi Əbülfəzl Rəbii bu barədə danışıb.

“İnsan hüquqlarının və insan ləyaqətinin qorunması hər cəmiyyətdə əsas və düşündürücü məsələlərdən biridir. Fərqli ölkələrin hökmdarları zahirən olsa da belə bir təhər insan haqlarından bəhs etməyə çalışırlar”, – deyə Rəbii əlavə edib.

“Ali Məqamlı Rəhbər müxtəlif çıxışlarında və müxtəlif mərasimlərdə bu vacib məsələ ilə bağlı fikirlərini açıqlayıb və bütün dünyaya elan edibdir. Bu kitabda Ayətullahül-üzma Xameneinin insan haqları və onun ən böyük yalançı iddiaçısı yəni ABŞ tərəfindən bəzi pozuntuları ilə bağlı açıqlamaları və baxışları tərtib edilib”, – İranın mədəniyyət attaşesi Əbülfəzl Rəbii deyib.

Bu kitab İranın Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun mədəniyyət attaşesinin səyləri sayəsində tərcümə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button