ArxivIslammədəniyyatSosialTarixXəbər lentiXəbərlər

Amerikalıların İrandan yardımı və dünya məzlumlarının himayəsi

ABŞ-da liberalizm, imperializm, feodalizm, iqrçilik çökmək üzrədir. Bu terror dövləti yarandığı gündən dünya xalqlarına zülm edib. Hətta nəinki dünya xalqları, öz qaradərili vətəndaşlarını belə olmazın zülmlərə məruz qoymuşdur. Hətta, polisə o qədər ixtiyar veriblər ki, onlar açıq-aşkar, hamının gözü önündə rahatca qaradərililərə atəş açıb onları öldürürlər.

Son günlərdə də biz bunun şahidi oluruq. Dünyaya demokratiya dərsi vermək istəyən terror dövlətinin alçaq, şərəfsiz polisləri qaradərililəri incidir, etirazçı qadına belə əl qaldırmaqdan çəkinmir. Hətta, vəhşi itləri vətəndaşların üstünə cumdurmaqla onları qorxutmağa çalışır. Vətəndaşlar isə qorxmur.
Hazırda ABŞ-da bir insanlıq dramı yazılır. Həm də məzlum insanlar dastanı yazmaqdadırlar.
Bu yerd deyək ki, Azərbaycanda sionistlərin və ABŞ agentləri olan mediya susur. Bundan başqa ABŞ-dakı havadarlarından xal qazanmaq naminə Azərbaycanda əxlaqsızlığı, şərəfsizliyi yaymağa çalışan müxalifət, daha dəqiq milliliyini itirən Şura da ağzına su alıb susur. Onların havadarları haqlı insanlara belə zor tətbiq edərkən bunlar güya əxlaqsızların hüquqları uğrunda çalışırlar. Dilləri isə qarınlarına girib, danışmırlar. Çünki zülmə məruz qalan insanlar iranlı deyil, etirazçıları qapan it və onun sahibi polis də İran polisi deyil.
İran demişkən, bu günlərdə İran İslam Respublikasının banisi İmam Xomeyninin vəfat günləridir. Həmin İmam Xomeyni ki, buyururdu, biz təkcə İranda deyil, bütün dünyada məzlumları qorumaq üçün varıq. Düzdür, İmam Xomeyni ilk öncə daxildən, öz ölkəsindən başladı, öz ölkəsində zalım şahın zülmünə məruz qalan xalqı zülmdən xilas etdi. Amma daha sonralar buyurdu ki, bizim dövlət dünya məzlumlarını himayə edən dövlətdir.
Bu sözlərdən 30, 35 il sonra – hazırda ABŞ-da baş verən hadisələrdən sonra orda zülmə məruz qalan insanlar İrana səslənib onlara yardım etməsini istədi. Çünki onlar bilirlər ki, İran təkcə iranlıların hüquqlarını qorumur, mümkün qədər dünyada bütün məzlumları himayə etməyə hazırdır. Çünki bu dövlətin qurucusu İmam Xomeyni o zamanlar öz inqilabının devizi olaraq bu məsələni gündəmə gətirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button