ArxivFilm​IslamŞəkil​Xəbər lentiXəbərlər

Ərdoğan şiə türkmənləri düşmən bilir? Ərdoğanın köməkçisi ifşa etdi – Video/Foto

“Anatolu” Rəsmi İnformasiya Agentliyinin sabiq icraçı direktoru Kamal Öztürk “CNN türk” telekanalına verdiyi müsahibəsində öz dövlətinin şiə türkmənləri qarşısında siyasətini açıq şəkildə bəyan edib, şiə türkmənlər barədə pərdəarxası siyasətini ifşa edib.

K. Öztürk bildirib ki, şiə türkmənlər Türkiyənin düşmənidir və bu mövqei azəri, türkmən, azərbaycan dilli bütün türkdilli şiələrə aid etmək olar. Çünki bu siyasətdə əsas dəyişən şiə olmaqdır.
Belə görünür ki, Türkiyə hökumətinin baxışında yalnız hənəfi türkdillilər özünküdür. Bu mövqe Türkiyənin bütün siyasətçilərinin baxışı olmasa da, şübhəsiz, hakimiyyətin əsas özəyinin və ölkə üçün qərar qəbul edənlərin mövqeidir.
Kamal Öztürk Anatolu İnformasiya Agentliyinin sabiq icraçı müdiri, Ərdoğanın və Əhməd Davudoğlunun media məsləhətçisidir. Aşağıda verilən fotolar Öztürkün mövqeinin nə qədər ciddi olduğunu göstərir. Ola bilər ki, bəziləri bu mövqein dini siyasətlər üzündən və Ədalət və İnkişaf Partiyasında “İxvan” təmayülü, yaxud yeni osmançılıq strategiyası səbəbindən olduğunu düşünsünlər. Lakin belə deyildir. Türkiyədə yazılmamış bir qanuna əsasən, “təkcə türkdilli və hənəfi məzhəbli” bir şəxs milli sərt özək sayıla bilər. 1924-cü ildə Türkiyə Respublikasının Konstitusiyası ilə bağlı müzakirələrdə Calal Nurinin “yalnız hənəfi türkdillilər türk vətəndaş hesab olunur” ifadələri türk olmaqda meyarın hansı olduğunu göstərir. Səfəvilər dövrünə təsadüf edən səfərnamələr, o cümlədən Kempferin səfərnaməsində də bu məsələyə toxunulub. Kempferin nəzərincə Mərkəzi Asiyadan Anatoluya qədər bütün türklər hənəfidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button