AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabŞəxsiyyətlərSONXƏBƏRLƏRTarixXəbər lentiXəbərlər

Ali Məqamlı Rəhbər dən həzrət Fatimə (ə) haqqında 20 cümlə

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei həzrət Fatimə ni (ə) kamil insanın nümunəsi, həqiqi rəhbər, tarix boyu qadın nümunəsi və s. kimi ifadələrlə vəsf etmişdir

 

Onun h əzrət Fatiməninin (ə) mənəvi, əxlaqi və mübarizə xarakterlərini açıqladığı bəyanatlar ı arasından 20 cümləni seçərək təqdim edirik:

1. Fatimeyi-Zəhra (ə) İslam qadınının ən yüksək zirvəsində dayanmış bir qadındır , yəni rəhbər səviyyəsindədir.

19 mart 2017

2. Kamil insan nümunəsi və insan varlığının mələkuti tərəfi həzrət Zəhrada (ə) təcəlli edir.

25 dekabr 1991

3. Həzrət Zəhra (ə) qadın haqqında ən yüksək insani və islami anlayışların təcəssümüdür.

3 fevral 2021

4. Fatimeyi-Zəhra (ə) qadının paklıq və məsumluğun ən yüksək dərəcəsinə çata biləcəyini sübut etdi.

3 fevral 2021

5. Fatimeyi-Zəhra (ə) uca müqəddəs varlıq, üstün insan və bəşərin müəllimidir.

9 sentyabr 2001

6. Peyğəmbərin (s) qızı dünyanın heç bir ləzzətlərinə, təmtəraq və dəbdəbələrinə, gənc qızların və qadınların qəlbinin diqqət yetirdiyi şeylərə zərrəcə də olsa, yol vermədi.

16 dekabr 1992

7. Siddiqeyi-Kübra (ə), yəni doğruçu qadınların ən üstünü ki, bu doğruçu olmaq Allaha bəndəlik etməkdir. Əgər Allaha bəndəlik etməsəydi, Siddiqeyi-Kübra olmazdı.

27 iyul 2005

8. Həzrət Zəhra (ə) sözün əsl mənasında cihadçı, yorulmaz, məşəqqət və çətinliklər qarşısında dözüm göstərən idi.

13 dekabr 2007

9. Analıqda, həyat yoldaşı olmaqda, evdarlıqda, uşaq tərbiyəsində təsəvvürün zirvəsi həzrət Fatimeyi-Zəhradır (ə).

3 fevral 2021

10. Həzrət Zəhra (ə) bir rəhbər səviyyəsindədir, ancaq fəzilə və varlıq baxımından peyğəmbər ola bilən həmin qadın analıq edir, həyat yoldaşı olur və evdar qadındır.

19 mart 2017

11. Fatimeyi-Zəhranın (ə) cihadı müxtəlif sahələrdə: İslamın müdafiəsində, imamət və vilayətin müdafiəsində, Peyğəmbərə (s) dəstək olmaqda, İslamın ən böyük sərkərdəsini qorumaqda nümunəvi bir cihaddır.

16 dekabr 1992

12. Fatimeyi-Zəhranın (ə) həyatı qısa olsa da cihad, mübarizə, sə y, iş, inqilabi sə br, təlim, digərlərinə öyrətmək, xütbə oxumaq, peyğəmbərliyi, imaməti və İslam ı müdafiə etmək baxımından təlaş, mübarizə və əməlin geniş bir dənizidir.

16 yanvar 2008

13. Həzrət Zəhra (ə), qəlbi Əlinin (ə) və Peyğəmbərin (s) qəlbi kimi mülk və mələkut aləmlərinə işıq olan bu qadın, bütün imkanları və böyük məqamı ilə həyatın bütün mərhələlərində və sağ olduğu bütün müddətdə Əlinin (ə) arxasında dağ kimi dayandı.

15 dekabr 1992

14. Fatimeyi-Zəhra (ə) uca bir səmadır ki, qucağında vilayətin parlayan ulduzları yetişmişdir.

22 oktyabr 1997

15. İstər uşaqlıq dövründə, istərsə də Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra və Mədinədə, habelə, o günün bütün ictimai işlərində Fatimeyi-Zəhra (ə) nümunəsi İslam quruluşunda qadının rolunu göstərir.

20 sentyabr 2000

16. Həzrət Zəhra (ə) tarix boyu və bütün nəsillər üçün qadınların nümunəsidir.

25 dekabr 1995

17. Bugün cəmiyyətimizin Fatimeyi-Zəhra (ə) məktəbindən dərs almağa ehtiyacı vardır.

9 sentyabr 2001

18. Fatimeyi-Zəhranın (ə) həyatını diqqətlə öyrənməli, yeni baxışla onun həyatını tanımalı, anlamalı və o həyatı sözün həqiqi mənasında örnək götürmək lazımdır.

19 aprel 2014

19. Siddiqeyi-Tahirə Fatimeyi-Zəhranın (ə) həyat dərsi bizim üçün səy göstərmək, təlaş etmək , pak və təmiz həyat yaşamaqdır.

19 aprel 2014

20. Allahın lütfü ilə İnqilabın bu gün xalqımızın qarşısına qoyduğu yol, həzrət Fatimeyi-Zəhranın (ə) yoludur: nəfsi saflaşdırma və dünyanı tərbiyə etmək.

15 dekabr 1992

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button