ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Xanım Fatimeyi Zəhranın (s) mövludunun ildönümü günü mübarək olsun!

Sabah, cəmadiüs-sani ayının20-i, 2022-ci milad ili yanvarın 23-ü, Böyük İslam Peyğəmbərinin (s.ə.s) əziz qızı Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludunun ildönümü günüdür.

Bu möhtərəm xanım uşaqlıqdan Vəhy evində möhtərəm atası, Böyük İslam Peyğəmbərinin (s.ə.s) göstərişləri ilə kamal, elm və fəzilətin ən yüksək dərəcələrinə nail oldu.
Həzrət Muhəmmədin (s.ə.s) əziz qızı həmçinin dünya şiələrinin birinci imamı İmam Əlinin (ə) evinin isti və səfalı ocağında ən yaxşı tərzdə həyat yoldaşı və ana vəzifələrini yerinə yetirdi və İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s) kimi böyük insanlar yetişdirdi.
Həzrət Fatimeyi Zəhra (s) bütün miqyaslarda dünya qadınları üçün meyar sayılır və o həzrətin İranda İslam Respublikasının banisi, Həzrət İmam Xomeyninin (r.ə) təvəllüdünün ildönümü gününə təsadüf edən mövlud günü ana və qadın günü adlandırılıb və bu gündə qadının, xüsusən ananın şəxsiyyəti və yeri yüksək şəkildə dəyərləndirilir.
Bu münasibətlə İslami İran iki aləmin xanımı, Böyük İslam Peyğəmbərinin (s.ə.s) əziz qızı Seddiqeyi Tahirə, Həzrət Fatimeyi Zəhranın (s) mövludu gecəsində başdan-başa şadlıq və şənlik içindədir.
İranın müxtəlif məntəqələri, xüsusən müqəddəs Qum və Məşhəd şəhərləri başqa bir əhval-ruhiyyəyə malikdirlər. İsmət və paklıq xanədanı (ə) vurğunları və davamçıları küçə və keçidləri bəzəyib, çırağban edib, şənliklər keçirərək, bu mübarək mövludu qeyd edirlər.
Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludunun ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button