Aktual

AKP-nin erməni sevgisi

Qoca tarix ondan ibrət götürməyənləri bağışlamır.

Bu il 12 iyun 2011-ci il tarixdə Türkiyə Böyük Millət Məclisinə yeni seçkilərdir. Son iki seçkilərin qalibi olmuş hakim AKP (“Ədalət və İnkişaf Partiyası”) bu dəfə də uğur qazanmaq üçün ermənilərlə sıx əməkdaşlığa üz tutub. Hazırda AKP-nin namizədləri arasında erməni kökənli Melkon Karakoçı, Tatoç Bəbək, Cerri Xrimyan, Marqar Eceyan və Petros Şirinyan yer alır.
Sonuncu dəfə ölkə parlamentində erməni mənşəli Perc Sədək Turan (1961-64-cü illər) deputat olmuşdur. 75 milyonluq Türkiyədə əhalinin 80 min nəfərinin erməni olmasını nəzərə aldıqda, “erməni deputat” marağı anlaşılan deyil. AKP ilk dəfə iqtidara gəldiyi zaman Ermənistanla sərhəddə “erməni-türk qardaşlığı”nı ehtiva edən bir “abidə” də yapdırmışdı. Bəlli olmayan qrup tərəfindən terror olunaraq öldürülən jurnalist Hrant Dinkə görə İstanbul küçələrinə çıxaraq “həpimiz erməniyiz”, “həpimiz Hrant Dinkiz” deyə bağıranların da əksəriyyəti AKP-lilər və onların yandaşları idilər.

Yalnış siyasətdə milli azlıq və təriqət baxışları
Türkiyənin etnik kimlik tərkibi uzun zamandır süni şəkildə ən çox qabardılan bir anlama çevrilməkdədir. Halbuki BMT-nin rəsmi statistikasında yer alan qaynaqlara görə, Türkiyədə milli tərkib belədir: 66 milyon 140 min nəfər türk, 2,5 milyon kürd, 2 milyon Balkan kökənlilər (serb, bolqar, rumın, xorvat, makedon, yunan), 1 milyon boşnak, 1 milyon arnaut (alban), 500 min çərkəz kökənlilər (abaza, ubıx, çərkəz, abxaz, kabarda, adıgey, şapsuq), 870 min ərəb, 300 min zaza, 300 min çingənə (qaraçı), 130 min laz, 80 min erməni, 60 min gürcü, 20 min yəhudi, 15 min amşen (və ya hemşil – guya müsəlman ermənilər), 40 min suriyalı (xristian ərəblər), 25 min yunan.
BMT-nin bu statistikasına şübhə ilə yanaşan bir sıra strateji mərkəzlər daim Türkiyəyə qarşı etnik mənşə məsələsində süni qabarmalar yaratmaqla ölkədaxili proseslərin məcrasını milli zəmində qarşıdurmalara yönəltmək siyasəti aparmışlar. 2002-ci ilə kimi Türkiyədə siyasi mübarizə fərqli siyasi partiyalar arasında gedirdisə, indi AKP iqtidara gələndən sonra bu proses daha çox etnik, təriqat və ya məzhəb müstəvisində cərəyan edir. Böyüyən, daim inkişafda olan Türkiyədə prosesləri etnik kimlik və təriqət (məzhəb) zəminində, ictimai münasibətlərdə parçalamaqla strateji hədəfləri başqa cərəyana yönəltməyə çoxlu cəhdlər var.
AKP-nin 8 illik hakimiyyətə dönəmində Türkiyədə ən çox dartışılan mövzular isə bunlardır: “erməni”, “kürd”, “suriyani”, “laz”, “çərkəz”, “rum” və “təkkə” (nurçular), “süleymançı”, “nəqşbəndi”, “ələvi” açılımları… Heç də sirr deyil ki, ölkədə təriqət və məzhəblərə bağlı qüvvələrin böyük əksəriyyəti dini anlamda milli siyasətə qarşıdırlar. Onların toplam sayı isə 5 milyon nəfərə yaxındır. Bu sıraya milli azlıqlar (ölkə əhalisinin 13 faizi) da əlavə olunduqda AKP-nin fərqli bir biçimdə sosial bazası yaranmış olur.
AKP yandaşı olan ictimai təsisatlar və KİV-lər müntəzəm şəkildə buna diqqət yetirməklə yanaşı, “siyasi pressinq” kimi özünün maraq dairəsində saxlamaqla yenidən seçkilərdən qalib çıxmağı hədəf seçir. Halbuki milli azlıqlar və təriqət məsələsini qabartmaq Türkiyədə hər zaman təhlükəli sayılmışdır.

Etnoloji müstəvidə yaşanan gerçəklər
Məşhur etnoqraf alim, professor Şaban Kuzqun Elazığ Universiteti və MGK-nın (Milli Güvənlik Kurulu) təşəbbüsü ilə son illərdə ölkənin bütün kəndlərini, şəhər və qəsəbələrini qarış-qarış gəzərək Türkiyədə əhalinin etnik tərkibini və dini inanclarını qeydiyyata alan tədqiqatlar aparmışdır. Onun araşdırmalarında qeyd olunur ki, ölkədə türk əhalisindən savayı kürd, zaza, gürcü, çərkəz, boşnak, ərəb, suryani, arnaut və lazların çox böyük əksəriyyəti türk milli kimliyindən qürur duyurlar. Ordu, Artvin, Samsun, Mərmərə, İzmir, Adapazarı, Manisa, Siirt, Şırnak, Mərdin, Diyarbakır, Şanlıurfa, Hatay, Adana, Rize və digər regionlarda yaşayan milli azlıqlar arasında nə bir türk düşmənçiliyi, nə də milli bölücülük anlamı var.
Onların əksəriyyəti bu barədə sadəcə bəzi mətbu orqanlarda və Qərbdən xüsusi qrant layihələri alan QHT-lərin hesabatında yer alan məlumatlardan xəbər tuturlar.

ayna.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button