Xəbərlər

Türkiyə-Ermənistan sərhəddi bağlıdır ya açıq?

Türkiyə-Ermənistan münasibətləri hər zaman biz azərbaycanlıların diqqət mərkəzində olub və bu gün də elə olmaqdadır. Bir millət iki dövlət olaraq keçən yaxın 20 il ərzində hər iki dövlətin xarici siyasətdə bir birlərinə yaxın dəstəkləri hər zaman göz önündə olub.

Ermənistanın Rusiyanın köməyi ilə Qarabağı işğal etməsindən sonra Türkiyənin tutumu ilk illərdə daha sərt və daha ədalətli idi. Qardaş ölkə Ermənistanla sərhədləri bağladığını və Qarabağın işğalına son verənə qədər sərhəddin bağlı saxlayacağını hər zaman rəsmilər səviyyəsində bəyan etməkdədir. Türkiyənin Ermənistanla sərhədləri bağlamasının səbəbləri belə izah edilir ki, Ermənistan Türkiyənin sərhədlərini tanımır, torpaq iddiaları irəli sürür, qondarma erməni soyqırımı ilə bağlı kampaniya aparır və Qarabağı işğalda saxlamaqda davam edir.

Bəs əsl həqiqətdə necədir?

Türkiyə-Ermənistan sərhəddi barədə düşmən ölkənin mətbuatında mütəmadi məlumatlar yer alır ki, həmin məlumatlar da maraq doğuran proseslərdən xəbər verir.

Ermənistan KİV-lərinin məlumatına görə Ermənistan kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan kartofçuluq, son günlər Türkiyədəki bəzi firma və sahibkarların gəlir mənbəyinə çevirilmişdir. Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyanın sözlərinə görə mövsüm başalayandan hər gün Ermənistandan Türkiyə bazarlarına təqribən 500 t kartof aparılır. Ölkənin ikinci böyük şəhəri olan Gümrüdəki sərhəd-keçid məntəqəsindən, gün ərzində 30-a yaxın Türkiyə şirkətlərinə məxsus yük maşınları Gürcüstan üzərindən Türkiyə bazarlarına müxtəlif çeşidli mallar daşıyırlar ki, bunun da yarısı kartof məhsullarından ibarətdir.

Maraq doğuranı odur ki, erməni kəndlisi yetişdirdiyi kartofu bostanlardan yığa bilmədiyindən razılıq əsasında bu işləri Türkiyəli iş adamlarının öhdəsinə buraxırlar. Türkiyədəki şirkət yaxud sahibkar kartofun çıxarılmasını, toplanmasını, kisələrə doldurulmasını və transport xərclərini öz üzərinə götürməklə çıxılmaz vəziyyətdə olan erməniləri razı salır. Ermənistanın kəndlərini, əsasən də kartofçuluqla məşhur olan Martuni, Yeğeqnadzor və Sisian bölgələrini gənc və orta yaşlı əhali tərk etdiyindən, (statistik rəqəmlərə görə orta hesabla hər ay Ermənistanda bir kənd boşalır) bu rayonlarda fiziki işgörmə qabiliyyəti sıfıra enmişdir. Yaşlı nəslin gücü və maddi durumu isə ancaq torpaq sahələrini yetişdirməyə çatır. Bölgənin elə kəndləri də vardır ki, Türkiyəli biznesmenlər yığıma bir ay qalmış ermənilərə əvvəlcədən şərtləşərək, gətirib onlara müəyyən bir hissədə pul verib kartof sahələrini icarəyə götürürlər. Yığım başlayanda isə Türkiyədən olan ailələr gəlib dururlar işin başında. Bu zaman kartofun 1 kq-a görə erməni kəndlilərinə 25-30 dram, (7 qəpik) ödəyirlər.

Ermənilərlə qızğın kartof biznesi Türkiyəli qardaşlarımızdan fərqli olaraq Gürcüstanı qane etməyib və gürcü hökumətinin qərarına əsasən Ermənistandan idxal olunan kartofa qadağa qoyulub. Gürcüstan tərəfi bunu onunla izah edib ki, Ermənistandan gətirilən kartofda karantinə alınmalı olan xəstəliklər (karantin obyektləri) müəyyən edilib. Həmin xəstəliklər qrupu kartofun tərkibində insan sağlamlığı və kənd təsərrüfatı üçün təhlükə mənbəyi sayılmaqdadır. Buna görə də Gürcüstan Ermənistanla arasında fəaliyyət göstərən hər üç gömrük məntəqəsində kartofun idxalına ciddi nəzarət sistemi yaratmışdır.

Ermənistandakı real vəziyyəti əks etdirən mənzərələrdən biri də bir-neçə gün əvvəl Ararat vilayətində yaşanıb. Ermənistanın Ararat vilayətinin bir qrup sakinləri, əsas magistral avtomobil yolu olan Artaşat-Yerevan trassasını bağlamaqla aksiya keçiriblər. Hətda yerli sakinlərlə polislər arasında toqquşma da olub. Məlum olub ki, fermerlərin əsas etirazı, öz sahələrindən yığdıqları tonlarla əriyi Ararat konserv zavodu 1 kiloqramını 50 dramdan (10 qəpik) belə götürmür. Şikayətçi erməni isə bildirir ki, “Heç 50 drama Ermənistanda 1 qutu kibrit də etmir”.

Göründüyü kimi Türkiyə sərhədləri heç də hər gün boşalmaqda olan və iqtisadiyyatı çökmüş işğalçı Ermənistanın üzünə bağlı deyil. Baxmayaraq ki, tərkibində zərərli maddə olan erməni kartofu qonşu Gürcüstan tərəfindən qəbul edilmir, amma ermənilərin “sempatilərini qazandıqları” Türkiyədə bu haqda nəinki fikirləşən yoxdur, hətda günü gündən “sınırlar açılsın” şüarları güclənməkdədir. İstər istəməz bu bu mənzərə qarşısında belə bir sual yaranır : Görəsən Türkiyə TIR-ları Ermənistana paraşütlə atılır?

Onsuz da sınırlarınız açıqdır əfəndilər!

 P.S. Ermənistanla qarşılaşdırıldığı zaman ölkəmizin əzici iqtisadi üstünlüyü ortadadır. Bütövlükdə Ermənistanı təkcə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə müqaisə etsək onda görərik ki, bu gözəl bölgəmiz heç də bəzi reket nəşrlərin və Naxçıvan haqqında yalnız qara rəngdə təbliğat aparan qəzetlərin yazdığı kimi boşalmayıb. Əksinə keçən illər ərzində Naxçıvan əhalisi artıb, vaxtıilə şəhərlərdə yaşamağı seçmiş insanlar yaradılmış əlverişli sosial və aqrar şəraitə görə yenidən kəndlərə qayıtmaqdadırlar. Məhsul bolluğu olan Naxçıvanda insanların alıcılıq qabiliyyəti də yüksəlib. Burada kənd təsərrüfatı istehsalçılarından təlabatdan artıq istehsal etdikləri meyvə, tərəvəz və taxıl məhsulları yuxarı qiymətlərlə satın alınır, bunun üçün isə yerli qəzetlər vasitəsi ilə elanlar verilir.

http://reportyor.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button