ArxivFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AİP İran xalqını təbrik etdi

Azərbaycan İslam Partiyası İran İslam Respublikasında Prezident seçkisinin  nəticələri barədə mövqe bildirdi.

Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir:

“İran İslam Respublikasında 13-cü prezident seçkisinin demokratik və şəffaf  keçirilməsini alqışlayırıq. Başda Ali Rəhbər İmam Seyyid Əli Xamenei Cənabları olmaqla dost, qonşu, qardaş İran xalqını uğurlu və möhtəşəm seçkinin keçirilməsi və nəticələri ilə bağlı səmimi qəlbdən təbrik edirik. Qardaş ölkədə baş tutan 13-cü prezident seçkiiləri İslam düşmənlərini növbəti dəfə məyus etdi. Bütün vasitələrini işə salan bəzi qütblər və onlara dəstək verənlərin əks təbliğat maşını yenidən qəzaya-ciddi uğursuzluğa yuvarlandı. Bu seçki bir daha sübut etdi ki, İran xalqı heç bir təhrikə və düşmən hiyləsinə inanmır, öz ölkəsinin taleyini özü həll edir.

Azərbaycan xalqı ilə qardaş, tarixi, mənəvi, iqtisadi və siyasi əlaqələri olan İran İslam Respublikası bu seçki ilə tarixə yeni bir səhifə açdı. İnanırıq ki, qardaş və dosrt ölkə ilə dövlətimçiz arasında əlaqələr əməkdaşlıq telləri bundan sonra daha da məhkəmlənəcək, inkişaf edəcək, regional məsələlər birgə həll ediləcək.

İran xalqının seçimi ölkəsinin uğurlu inkişafına nail olmağa köklənmişdir. Azərbaycan İslam Partiyası Allahdan qardaş İran  xalqına böyük və dərin inkişaf perspektivləri diləyir, firəvan və Əhlibeyt yolunda dönməz, sarsılmaz, möhtəşəm inam və iman dərəcəsi arzulayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button