ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qarabağın minalardan təmizlənməsində İranın iştirakı üçün işçi qruplar müzakirə aparacaq

Qarabağın minalardan təmizlənməsində İranın iştirakı üçün tezliklə texniki işçi qruplar müzakirə aparacaq

Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, İran şirkətləri azad olunan ərazilərin minalardan təmizlənməsində iştirak etməyə hazır olduqlarını bildiriblər:

“Tezliklə bununla əlaqədar iki ölkə arasında texniki işçi qruplar müzakirələr aparacaq. Ərazilərin minalardan təmizlənməsinə kömək göstərmək həm humanist addım, həm də qonşuluq borcudur. Hər halda İranın Səddam Hüseynin dövründə İraqla 8 il müharibəsi olub. Bu müharibədə İran çoxlu sayda təcrübə əldə edib. Bu təcrübələrdən biri də ərazilərin minalardan təmizlənməsidir. Bu sahədə İranda böyük hazırlıq var və tezliklə bu sahədə işlərə başlanılacaq”.

Səfir atırladıb ki, İranın Ali lideri müharibə getdiyi vaxtda Azərbaycana aid bütün ərazilərin bu ölkəyə geri qaytarılmalı olduğunu elan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button