ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib

Ermənilərin yarısı Türkiyə ilə əlaqələrin qurulmasına ehtiyatla yanaşır

 sorğunun nəticələrindən məlum olub ki, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Həmin ermənilərinin fikrincə, yalnız Ankaranın “erməni soyqrımını” tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi halında Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər.

Maraqlıdır ki, Ankara – İrəvan dialoq başlasa da, sorğuya qatılanların 90 faizi Ermənistan üçün nə böyük təhlükənin Türkiyənin olduğunu bildiriblər. Soğruya qatılan ermənilərin 77 faizi də Azərbaycanı Ermənistan üçün təhlükə sayıb.

Sorğunun Qarabağla bağlı hissəsinə aid cavablar isə göstərir ki, ermənilər hələ əvvəlki mövqelərində qalırlar. “Qarabağ problemi necə həll olunmalıdır” sualna verilən cavablar içərisində iki variant diqqəti cəlb edib: “Ermənistana birləşdirilməlidir – 16 faiz”, “Rusiyaya birləşdirilməlidir – 11 faiz”.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən əvvəl ermənilərin heç biri “Qarabağın Rusiyaya birləşdirilməsi” haqqında danışmazdı.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button