ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

2021-ci ilin təhlili və tənqidi: Ötən bir ildə nələr baş verdi və nələrlə yadda qaldı?

Bu bir il kimlərinsə varlanmasına, kimlərinsə də kasıb olmasına səbəb oldu. Bildiyiniz kimi, 2021-ci il ölkəmizdə bahalaşmalarla başladı. Bu bir ildə benzin və bütün yanacaq növlərinin qiyməti artırıldı.

Bu vasitəsilə əhalinin gəlirləri artmadan, ən sadə xərclərində belə artım baş verdi. Bu il neft ölkəsində qazın, işığın, yanacağın qiyməti 30-40 faiz bahalaşdı. Suyun qiymətini də iki dəfəyə kimi qaldırdılar. Qonşularmıza, Avropaya, Şərq ölkələrinə neft, qaz ixrac edən bir dövlətin öz vətəndaşları kommunal ehtiyaclarını ödəyə bilmirlər. Çox təəssüf ki, bu səbəbdən də, bir neçə vətəndaşın cinayət törətdiyinin şahidi olduq.

Lakin vəzifəli məmurlar, onların zülmünə susan əqidədaş həmkarları bir neçə yüz milyonluq villalarda yaşayıb, neçə yüz minlik maşınlarda gəzsələr də, ölkə əhalisi bütünlüklə əziyyət içində yaşayır.

Həmin o şəxslər də, elə bil qiymətləri bahalaşdırmaqla, özləri cəmiyyəti qəsdən sosial partlayışa sürükləyirlər. Hər şeyin qiymətini qaldırmaqla xalqla hakimiyyəti qarşıdurmaya çağırırlar. Qiymətlərin qalxması ilə bu ölkə necə idarə olunduğu aydın görünür. Bu məlum bir həqiqətdir ki, ölkə idarə olunmaqdan daha çox, burada insanlar soyulur.

Müstəqilliyimizdən bu yana qlobal problemlərdən biri də insanların iş saatının çoxluğudur. Bu əməlin qanuna zidd-istimarçılığın olduğunu anlayan rəsmilər ilin əvvəli bu barədə az da olsa danışdılar, amma yenə də bu sahədə nəzarət mexanizmi işə salınmadı. İstər dövlət işində, istərsə də özəl şirkətlər-sahibkarlıq sistemində hər şey olduğu kimi saxlanıldı. İnsanları ağır iş rejimi ilə özlərinə kölə edilmiş hala qoydular.

Keçən bir ildə Ermənistan ölkəmizə qarşı ekoloji, iqtisadi, insani terror törətsə də, lakin onlara qarşı biz tərəfdən sərgilənən “humanistlik” bitib-tükənmədi. Xalqın mərd oğullarının qanını tökən, dövlətimizə ziyan vurmaq üçün gələn əlisilahlı diversantlar etdikləri cinayətlərə görə 30-35 maddə ilə mühakimə olunmalı, ömürlük həbs cəzası almalı idilər. Buna baxmayaraq, ölkənin vicdansız hakimləri Paşinyanın istəyi və sifarişi ilə onlara 6 ay həbs cəzası verdilər. 200-dən çox əlisilahlı, başkəsən qatillərə humanistlik göstərdilər. Bu humanistlikdən gözləri yaşaran ermənilər də müharibədən sonra keçən bu 1 il içərisində 20-ə yaxın vətən övladını şəhid etdilər. Onların əvəzində isə yenə də günahsız insanlar bu ölkədə həbs olundular. Ermənilərə humanistlik göstərən “humanist” hakimlər həbs olunmuş müxalifət üzvlərinə, dindarlara ağlasığmaz, ən ağır hökmləri oxumaqdan da utanmadılar.

Bu bir il dini sahəyə edilən təzyiqlər və qərəzli davranışlarla yadda qaldı. Pandemiya başlandığı vaxtdan Allah evi olan məscidlər qapadıldı. İl yarım sonra Allah evləri açılsa da, ağır şərtlər qoyuldu. İnsanların ənənəvi qaydalar əsasında, kütləvi ibadət etmələrinə maneələr yaradıldı. Maraqlıdır, bütün özəl və dövlət müəssisələri əvvəlki qaydaları üzrə fəaliyyətə başlayıblar. Məktəblərdə, universitetlərdə dərslər ənənəvi qayda üzrə davam etdirilir. Gecə klubları, əyləncə mərkəzləri,konsert zalları da köhnə qaydaları üzrə fəaliyyət göstərir. Amma nədənsə,Allah evləri olan məscidlərin əvvəlki qayda üzrə fəaliyyətlərinə məhdudiyyətlər qoyulur.Sizcə,bu qərəzli qadağaların səbəbkarı koronadır,yoxsa dinsiz məmurların beyninə düşmüş virus? Əgər belə olmasaydı,ara-sıra din barəsində sərsəmləyənləri də görməzdik.24 illik hicabla şəxsiyyət vəsiqəsi almaq problemi həll olunardı.Kürsülərdə oturub qayda-qanundan danışanların özləri də insanların dini inanclarına hörmətlə yanaşardılar.

İlin əvvəlində elan olunan “Media haqqında yeni qanun” layihəsinin müzakirəsi aylarla davam etdi. İlin sonunda media haqqında yeni qanunun maddələri ictimaiyyətə açıqlandı. Məlum oldu ki, bu günə qədər Azərbaycanda müstəqil jurnalistika, media fəaliyyəti, azad söz “reanimasiyada” yaşayırmış. Buna görə də, rəsmilər qərar alıblar ki, bundan sonra ölkədə azad söz, jurnalistika tamamilə dəfn olunmalıdır. Neçə illərdir ki, ölkəmizdə insanlar şikayətlərini nə mətbuatdan, nə də meydanlardan lazımı yerə çatdıra bilmirlər. İllərdir ki, ölkədə sərbəst toplaşmaq hüququ insanların əlindən alınıb. 3-5 nəfər bir yerə yığışıb etiraz səsini ucaltmamış polisin zorakılığına məruz qalırlar. Demək olar, 2 ildən artıqdır ki, insanların  sərbəst toplaşmaq hüququ da tam şəkildə məhv edilib.

Müharibə bir ildən artıqdır ki, bitmiş olsa da,vətən torpaqlarının azadlığı üçün qorxmadan döyüşə atılanlar hələ də vetran taqaüdünü,əlillik dərəcələrini ala bilməyiblər.

Ölkədə ağ ölümün, narkotik istifadəçilərinin sayının artması olduqca, qorxulu bir haldır. Onu da bilirik ki, bu zəhərin yayılmasında pərdəarxası byük güclər olmasaydı, bu bəla çoxdan bitmişdi. Hər bir yolla bu kabusun qarşısının alınması vacibdir. İlin əvvəlində hüquq mühafizə orqanları cəmiyyətə müraciət edərək, insanları narkomaniyaya qarşı mübarizəyə səsləsə də, bu imitasiya xarakteri daşıyırdı. Əgər o cür olmasaydı, bir çox dindarın tanıdığı, ictimai fəaliyyətdə aktiv olan Razi Hümbətov narkomanlara və narkomaniyaya qarşı apardığı mübarizəyə görə haqsız yerə həbs olunmazdı. Bu görüntü xarakterli müraciəti səsləndirənlər səmimi olsaydılar, illərdir ki, həbsxanalarda yatan, mübarək Ramazan ayında  narkotik böhtanı ilə həbs edilmiş ruhani Hacı Abgül Süleymanovu, Əhsən Nuruzadəni və başqa insanları azad edərdilər. 2021-ci ildə beləcə gözlənilən  bir çox ümidlər və əməllər özünü doğrultmadı.

Qarşıdan gələn ilin vətənimizə, xalqımıza xeyirli və uğurlu olacağı ümidi ilə.

Siyasi məhbus

Abbas Hüseyin

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button