ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paşinyan kommunikasiyaların açılması barədə irəliləyişdən danışdı

 Nikol Paşinyan parlamentdə etdiyi çıxışında deyib: “Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır.”

Dəmir yolu ilə bağlı danışan baş nazir xatırladıb ki, Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə əldə etdikləri razılaşmalar əsasında Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin bərpasına hazırlıq üzrə işçi qrupu yaradılıb.

Onun sözlərinə görə, hazırda yolların bərpası üçün texniki tapşırığın necə tərtib ediləcəyi və gələcək yolun tikintisi üçün vəsaitin tapılması müzakirə olunur.

Baş nazir əlavə edib ki, texniki işlərin davam etdirilməsi və dəmir yolu əlaqəsinin hüquqi statusu ilə bağlı əldə olunmuş razılaşmaları təsbit etmək lazımdır. Bundan sonra beynəlxalq sənəd hazırlanmalı və lazım gələrsə, parlamentdə ratifikasiya edilməlidir”, – deyə Paşinyan fikrini tamamlayıb.

Qeyd edək ki, razılığa əsasən, dəmir yolu onun keçdiyi ölkənin suverenliyi çərçivəsində fəaliyyət göstərəcək, sərhəddə gömrük nəzarəti həyata keçiriləcəkdir.

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışının davamında ölkəsinin Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu da millət vəkillərinin diqqətinə çatdırıb.

O bu barədə deyib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşdırılması həmişə Ermənistan hökumətinin hədəfi olub.

Sərhəd ixtilafının həlli məsələsinə gəlincə Paşinyan belə deyib: “Sovet dövründə Ermənistanla Azərbaycan arasında sərhəd var idi, bu sərhəd delimitasiyası aparılıb və 1991-ci ildə Ermənistan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişə əsasən bu sərhədlər tanınıb. Hesab edirik ki, bu razılaşmalar həmin məntiqlə həyata keçirilməlidir”.

Azərbaycan mənbələri bu açıqlamanı Paşinyanın faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi qiymətləndirirlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button