ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ bir daha İrana qarşı böhran yaratmaq niyyətindədir

 Səid Xətibzadə jurnalistlərin Amerikanın qondarma işçi qrupu, Avropa üçlüyü və Fars Körfəzi Əməkdaşlıq Şurasının İran barədəki bəyanatı ilə bağlı suallarına cavabda bildirib ki, bu iclas və tənzim edilmiş bəyanat o qədər saxta, nümayişkaranə və qeyri-legitimdir ki, ona cavab verməyə belə, dəyməz.

O, məsələyə belə aydınlıq gətirib: 2231 saylı qətnaməni pozan, nüvə anlaşmasından çıxan, yaranmış hazırkı vəziyyətdə məsuliyyət daşıyan və nüvə silahlarından istifadə keçmişinə malik olan yeganə ölkə, müxtəlif ölkələrin daxili işlərinə çox sayda müdaxilələrdən ibarət qara keçmişə malik olan tərəf, həmçinin dünyanın müxtəlif bölgələrinə əsas silah və sursat satıcısı olan Amerika hökuməti bir daha İrana qarşı atmosfer və böhran yaratmaq niyyətindədir.

Xətibzadə sonra belə söyləyib: Yəmənə yeddi il təcavüz də daxil olmaqla regiondakı təcavüzləri və avantüralarına cavabdeh olmalı olan ölkələr, başqalarına qarşı iddiaçı qismində, əsassız ittihamlar irəli sürə, özlərini bu cinayətlərin məsuliyyəti altından çıxara və ictimai fikri yayındıra bilməzlər.

Amerika hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali, həmçinin üç Avropa ölkəsi- Almaniya, İngiltərə və Fransanın, eləcə də Fars Körfəzi Əməkdaşlıq Şurasının nümayəndələri Ərriyadda İran barədə məşvərət ediblər.

ABŞ Dövlət Departamenti bir bəyanatda belə qeyd edib: Bu gün üç Avropa ölkəsinin siyasi liderləri və Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri, eləcə də Misir və İordaniyanın təmsilçiləri ilə Ərriyadda görüşüb, məşvərət etdilər.

Bəyanatda sonra belə deyilir: Onlar regionun siyasi və təhlükəsizlik durumu, o sıradan İranın addımları ətrafında fikir mübadiləsi apardılar. Onlar həmçinin İran və Amerikanın Birgə Əhatəli Fəaliyyət Planı olan nüvə anlaşmasında «qarşılıqlı tam sədaqət»ə qayıdışlarına dair müzakirələrin yeddinci mərhələsinə nəzər salıblar.

Bəyanatda daha sonra belə deyilir: Üç Avropa ölkəsinin və Amerikanın nümayəndələri Amerika, Avropa, region və ondan da geniş bir miqyas üçün nüvə anlaşmasına qarşılıqlı və birgə qayıdış üzrə müzakirələrə əsaslanan həll yoluna nail olunması və onun dərhal həyata keçirilməsinin önəminə təkid ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button