ArxivXəbər lentiXəbərlər

Bakıda Quran ilə ünsiyyət mərasimi keçirilib

Vəhy kəlamı aşiqlərindən bir qrupunun iştirakı ilə Bakıda Qurani-Kərim ilə ünsiyyət mərasimi keçirilib.

Şəhriyar Evində keçirilən bu nurlu mərasimdə Azərbaycan Respublikasının tanınmış və gənc Quran qiraətçiləri Qurani-Kərimdən ayələr qiraət edərək, bu mərasimə gözəl mənəvi bir sima bəxş ediblər.

Dini nəğmələrin oxunması bu mənəvi mərasimin digər tədbirlərindən olubdur.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi bu mərasimdə Qurani-Kərim ayələrində təfəkkürün və Qurani-Kərimin ayələrinə istinadla Quran qiraətinin önəmi şərh edib və Qurani-Kərimi insanlar üçün ilahi rəhmət, hidayət, qəlbin şəfa tapması və möminlər üçün ən yaxşı moizə-edən adlandırıb.

İranın din xadimlərindən olan höccətulislam Əhməd Pedər də bu mərasimdə şəxsi və ictimai yaşayışda Qurani-Kərimdən bəhrələnmə tərzi barədə mətləblər söyləyib və mərasim iştirakçılarına vəhy kəlamı ilə ünsiyyət tapmağı və onu mütaliə etməyi tövsiyə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button