Aktual

Abbas Hüseyn dini qadağalara etiraz etdi

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn növbəti dəfə həbsxanadan məktub ünvanlayıb.

Qafqaz.ir Rakurs.tv-yə  istinadən daxil olan məktubu təqdim edir :

“Çox təəssüf ki, hər il ölkəmizdə dindar cameənin hüquqları müxtəlif adlar altında pozulur. İstənilən dini təriqətlərin üzvləri üçün şərait yaradıldığı halda, müsəlman cameənin hüquqları məhdudlaşdırılır. Bir ildən artıq Allah evləri dardüşüncəli şəxslərin ucbatından bağlı qaldı. Pandemiyanın gətirdiyi psixoloji gərginliklə bərabər Allah evlərinin baglı olması da insanlarda mənəvi boşluqların,ruhi sarsıntıların yaranmasına səbəb oldu. Hal-hazırda məscidlər açıq olsa da, qoyulmuş məhdudiyyətlər birbaşa dindarların təhqir olunmasıdır. Başqa sahələrdə say limiti, covid pasportu tətbiq edilməsə də, Allah evlərinə giriş üçün bunlar tələb olunur. Bu qərarları verənlər ölkədəki pandemiyanı əsas gətirsələr də, hər kəsə məlumdur ki, burada qərəzli mövqe nümayiş olunub. Sanki kimlərsə dindarlarla dövləti qarşı qarşıya qoymaq marağını güdür. Bu işdə QMİ də həmin kəslərə yardım edir. Məscidlərlə bağlı qərarların dəyişəcəyinə ümid etsək də, bu zamana qədər dəyişiklik olmadı. Şənlik yerlərində 50 nəfər insan üçün Covid pasportu tətbiq edilmədiyi halda, məscidlər üçün pasport rejimi tətbiq edirlər. Halbuki, məscidlərdə ibadət maksimum bir saat çəkir. Şənlik məclisləri isə 5-6 saata yekunlaşır. Bu məntiqsiz qərarları kimlər verir? Stadionda 35.000 turistin əylənməsinə şərait yaradanlar, ümid edirəm ki, bayramda insanların məscidlərdə ibadət etməklərinə də şərait yaradarlar.

Abbas Hüseyn”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button