ArxivIslammədəniyyatŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

6-cı Şəhriyar Beynəlxalq Elm və Mədəniyyət Mükafatı Festivalı

6-cı Şəhriyar Beynəlxalq Elm və Mədəniyyət Mükafatı Festivalı Təbriz Universitetinin rektoru Dr.Nəsrullahzadə və Qafqaz, Anadolu və Orta Asiya Araşdırmaları və Tədqiqat İnstitutunun direktoru Dr.Fərşbafianın iştirakı ilə keçirildi və Azərbaycan, Türkiyə, İraq və Gürcüstandan 13 professor mükafatlandırıldı.

Doktor Nəsrullahzadə İranı qədim İslam və İran sivilizasiyasının nəticəsi olan mədəni müxtəliflik toplusu adlandırıb və bu kolleksiya həmişə İrana səyahət edənlərin gözlərini qamaşdırır. İranda Azərbaycan həmişə İranın böyük bədəninin başı kimi tanınıb və alnında fəzilət və sülh rəmzi var.Təbriz İran tarixində dini qeyrətin təzahürüdür və həmişə yaxşılıq ilə yad edilib və Təbrizdə xalis mədəniyyət incilərini tapmaq mümkündür və bunlardan biri də ustad Məhəmməd Hüseyn Şəhriyardır və biz fəxr edirik ki, qonşu ölkələrdə ustad Şəhriyar haqqında çoxsaylı kitablar və məqalələr yazılmışdır və biz fəxr ilə  bir qrup seçilmiş qonağa Şəhriyar medalını təqdim edəcəyik.İrana 30 dəfə səfər etmiş və indiyə qədər 30 səfərnamə tənzim etmiş Azərbaycan Elmlər Akademiyasının təqaüddə olan professoru cənab Şahin Fazil festivalda çıxış etdi. O, İranşünaslıq və şərqşünaslıq sahəsində təhqiqatçı alimlərdən biridir. O, öz çıxışında İranla Azərbaycan arasında mədəniyyət, incəsənət və elmə əsaslanan əlaqələri çox qədim və möhkəm adlandıraraq dedi: fəxr edirəm ki, professor Bakıxanovla birlikdə Azərbaycan dostluğunun musiqisini bir şeirlə bəstələyib və bizim münasibətlərimizin tarixində qalacaq nota aranjimanını onun tərəfindən hazırlayıb ifa etdik.

Təbriz Universitetinin rektoru çıxışların sonunda İran İslam Respublikasının bu ölkələrdəki Mədəniyyət Mərkəzlərinin sədrlərinə festivalda iştirak edən professorlara koordinasiya etdiklərinə görə təşəkkür edərkən, simvolik olaraq altıncı Şəhriyar festivalının medalını İrandan seçilmiş doktor Qoliyə təqdim etdi. Digər medallar da münasib fürsətdə professorlarının ünvanlarına göndəriləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button