ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bir əməliyyatda iki tondan çox narkotik maddə ələ keçirilib

bu barədə İranın Sistan-Bəluçistan əyalətinin Polis İdarəsinin sədri Əhməd Tahiri deyib.

Bildirilib ki, əyalətin Polis İdarəsi ilə Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşlığı nəticəsində baş tutan əməliyyatda ölkənin cənub şərqində xüsusilə də İranşəhr və Zahidan şəhərlərində narkotik maddələrin daşınması və satılması ilə bağlı bir təşkilatlanmış banda aşkarlanaraq dağıdılıb. Bandanın altı üzvü ələ keçirilib.

Onların nəzarətində olan obyektlərdən ümumilikdə 2,170 kq müxtəlif növ narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Xatırladaq ki, İran ümumilikdə bu ölkə ərazisindən daşınan narkotik vasitələrin təxminən 82 faizini aşkarlayaraq, dünyada narkotiklərin aşkarlanması üzrə liderdir və b mübarizə sahəsində 4 mindən çox şəhid vermişdir.

BMT-nin hesabatına görə, İran 2018-ci ildə təxminən 100 ton həşiş aşkarlayıb. İranın narkotiklərlə mübarizə sahəsində nailiyyətləri ABŞ-ın birtərəfli və qanunsuz sanksiyaları şəraitində və beynəlxalq ictimaiyyətin dəstəyi olmadan əldə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button