Aktual

Ərdoğanın müavinin açıqlaması Türkiyəni qarışdırdı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmisi, partiyanın başqan yardımçısı Hüseyn Çelik “Haberturk”ə qəribə açıqlama verib. O, bu açıqlaması ilə ölkədə yeni qalmaqala səbəb olub. Belə ki, Hüseyn Çelik ana müxalifət partiyası olan CHP-nin millət vəkilinin PKK tərəfindən qaçırılmasından və son günlər türk əsgərlərinin şəhid olmaları ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin növbədənkənar toplantı keçirtmək təklifinə münasibət bildirərkən “Bir neçə əsgər şəhid oldu deyə, parlamenti toplaya bilmərik” deyib.milliyye

“CHP-nin tələbi ilə Məclis növbədənkənar toplantı keçirəcək. Lakin AK Partidən olan deputatlar orada olmayacaq. Hökumət iş başındadır və terrorla mübarizəni davam etdirir. CHP elə addımlar atır ki, sanki ölkədə vəziyyət gərgindir. Bu hərəkətləri ilə onlar ölkədə insanlar arasında təşviş yaratmağa çalışırlar.

TBMM toplanıb terrorla mübarizə üçün yeni qanunmu qəbul edəcək? Bunun nə əhəmiyyəti var. Biz öncədən də bilmişik ki, əgər CHP-nin tələbi ilə Məclis toplanarsa, biz burada iştirak etməyəcəyik. Təbii ki, lüzum olarsa, biz də toplanardıq. Amma PKK bir bomba partlatdı deyə, bir neçə əsgər şəhid oldu deyə Məclisi çağıra bilmərik. Biz PKK-nın bu kimi şeylərlə ölkə gündəmini dəyişdirməsinə imkan verməyəcəyik”. deyerler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button