Aktual

İran göz yumsa

Türk qoşunları Suriya sərhədini keçib, Hələbdən qaçan insanları himayəsinə ala bilər. “Hürriyet”in yazdığına görə, bu haqda Türkiyənin Xarici İşlər naziri Ahmed Davudoğlu açıqlama verib: “Əgər on minlərlə adam Türkiyəyə qaçacaqsa, Suriya ordusu isə onları atəşə tutacaqsa, nə biz, nə də digər dünya ölkələri bunu sakitcə izləməyəcək”.
Nazir qeyd edib ki, 1988-ci ildə Səddam İraqın şimalında 5000 adam qətlə yetirəndə Ankara heç nə edə bilməmişdi. Türkiyə ikinci dəfə belə şeyə yol verməyəcək. “İndi regionun ən qaynar nöqtəsi Hələb şəhəridir. Şəhəri bürümüş xaos Türkiyənin stabilliyinə birbaşa təhlükə yaradır. Əvvəlcədən bəzi tədbirlərə hazırlıq görülür”.
Ankaranın tədbirləri sırasında Suriya ərazisində təhlükəsiz zona yaratmaq, yüz min nəfəri yerləşdirə bilən qaçqın düşərgələri qurmaqdır. azadliq.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button