AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Türkiyə və Azərbaycan qonşuluq haqqına əməl etmədilər

Ərdəbil imam cüməsi: Türkiyə və Azərbaycan qonşuluq haqqına əməl etmədilər

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi Seyid Həsən Amili son günlərdə Azərbaycan, Türkiyə və P akistanın birgə hərbi manevrlərinə, habelə “Yeni Şəfəq” qəzetinin qərəzli başlığına münasibət bildirib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazı xütbələrində deyib: “Sərhədin o t ayında Azərbaycan ölkəsində Türkiyə, Azərbaycan və Pakistanın birgə hərbi təlimləri başlayıb. Hər bir ölkə nin manevr həyata keçirmək hüququ vardır və bu işdə istədiyi ölkəni özünə şərik edə bilər. Lakin bu rada bir hadisə baş vermişdir ki, biz onun yanından asanlıqla ötüb keçə bilmərik. 

İmam cümə əlavə edib: “Azərbaycan və Türkiyə qonşuluq haqqına əməl etmədilər. Ona görə də Milli Təhlükəsizlik Şurasından istəyirik ki, bizim əzəmətli “SEPAH”-ımız sərhədin bu tayında İranın qüdrət okeanından bir damlasını nümayiş etdirmə y ə icazə versin və əməli şəkildə onlara desin: şirin quyruğu ilə oynama! 

Vəliyyi-fəqihin nümayəndəsi xütbəsinin davamında tövsiyə olaraq deyib: “Müdriklər deyiblər: “Allahın rəhməti olsun öz həddini bilən və həddini aşmayan kəsə.”

O deputata da deyirəm: Bir milçək filin üzərində oturdu və qalxmaq istədikdə filə dedi ki, möhkəm dayan qalxmaq istəyirəm. Fil dedi: M ən sənin otur duğunu hiss etmə dim ki, sən qalxanda da möhkəm dayanam! 

Seyid Həsən Amili daha sonra deyib: “Mənim xəbərim vardır ki, sionist rejiminin Azərbaycandakı səfiri xütbələrimi dinləyir. Bu rejimin səfirindən istəyirəm ki, İsrailə xoş gəlmək üçün belə mənasız sözlər danışan həmin deputata yaxşı ənam versin, ona yazığı gəlsin və qapısından məyus qaytarmasın.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button