Xəbərlər

Ərəbistanda təhsil alan azərbaycanlı vəhhabi( sələfi) tələbələrlə bağlı şok məlumat!!!

Təəssüflər olsun ki, əksər valideynlər övladlarının radikal dini qruplaşmalara qoşulmasından və bu sahə üzrə təhsil almasından xəbərsizdirlər.

Xaricdə təhsil alan azərbaycanlı vəhhabi tələbələr barədə redaksiyamıza şok məlumat daxil olub. Sözügedən informasiyanı bu il həccmərasimində olan və Mədinə şəhərində təhsilalan azərbaycanlı vəhhabi tələbələrlə görüşən zəvvarlar veriblər. Məlumatda bildirilir ki, hazırda Mədinə şəhərində 3 minə yaxın azərbaycanlı vəhhabi (sələfi) tələbə təhsil alırlar. Eyni halda Azərbaycandan həcc mərasiminə gedən sələfi zəvvarlar Mədinə şəhərində olduqları müddətərzində 3 gün dərslərdə iştirak edərək oradakı tələbələrlə görüşüblər. Əlavə edək ki, buradan Mədinəyə yola salınan gənc azərbaycanlıların valideynlərinə “övladlarınız Mədinə İslam Universitetindətələbədir” , – deyə məlumat verilir. Təəssüflərolsun ki, əksər valideynlər övladlarının radikal qruplaşmalara qoşulmasından və bu sahə üzrə təhsil almasından xəbərsizdirlər. Son illər Suriya, İraq və Əfqanıstanda sözügedən radikal qruplaşmalar tərəfindən həyata keçirilən cinayətləri və dəhşətli hadisələri nəzərə alsaq indidən Azərbaycanın hansı istiqamətə aparıldığını görmək elə də çətin deyil. Onu dabildirək ki, sözügedən qeyri-ənənəvi cərəyanın nümayəndələri yarandığı gündən etibarən siyasi məqsədlər üçün yaranıb və hazırda da bu istiqamətdə istifadə edilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button