Şeir

SALAM SƏNƏ MÖVLAM HÜSEYN!

 Kəlmey-i şəhadətim
Məsti meyi vilayətim
Gecə gündüz tilavətim
Zikri qəlbə şəfa HÜSEYN
İsmi dərdə dəva HÜSEYN
 
Sənə sonsuz məhəbbətim
Sənsən mənim eşq cənnətim
İbadətim, itaətim
Dilimdəki sədam HÜSEYN
Başımdakı sevdam HÜSEYN
 
Ömür boyu əzadaram
Eşqin ilə bəxdavaram
O gün sənə intizaram
Öldüyümdə gəlsən HÜSEYN
Səni görüb ölsəm HÜSEYN
 
Sən güllərin ilhamısan
Bülbüllərin ah qamısan
Eşqin ən üst məqamısan
Aşiqlərə ilham HÜSEYN
SALAM SƏNƏ MÖVLAM HÜSEYN!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button