AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Qərbin ikili standartları müasir bəşəriyyətin alnına ləkədir

Ayətullah Amili: “SEPAH-a qarşı hücumun əsas səbəbi budur ki, SEPAH bölgədəki misilsiz gücü ilə onların “Yeni Yaxın Şərq” planını məhv etdi, İranın raket, pilotsuz təyyarə və kosmos gücünü xeyli artırdı və sanksiyaların belini qırdı.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində Avropa Parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı son addımına toxunaraq deyib: “İslam İnqilabı dəfələrlə Avropa Birliyi və ABŞ-ı özlərinə qarşı, öz prinsiplərinə, nizamnamələrinə və qəti qanunlarına zidd hərəkət etməyə məcbur edib. Bu, İslam İnqilabının sonsuz gücünə və onların isə çarəsizliyinə işarədir. O cümlədən hicaba görə cərimə tətbiq etmək, Avropada minarələri dağıtmaq üçün referendum keçirmək, İranın beynəlxalq telekanallarını bağlamaq, dərmanlara embarqo qoymaq, İŞİD-i yaratmaq, rəsmi və beynəlxalq müqavilələri pozmaq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının imzaladığı sazişdən birtərəfli qaydada çıxmaq, İranda 17 min insanı qətlə yetirən dünyanın ən böyük terror təşkilatı olan münafiqlərə yer vermək və onlara maddi cəhətdən dəstəkləmək.
Digər tərəfdən isə Səudiyyə Ərəbistanı kimi müttəfiq ölkələri tərəfindən insan haqlarının dəhşətli şəkildə pozulmasına, xüsusilə də bu həftə iki milyondan çox izləyicisi olan böyük Səudiyyə mütəfəkkiri Əvəz əl-Qərəniyə hökuməti tənqid etdiyinə görə edam hökmü çıxarılmasına biganə qalır.”
İmam cümə xütbəsinin davamında deyib ki, İrana görə Haaqada yerləşən beynəlxalq ədalət hakimlərinə sanksiya tətbiq etmək, İranyönlü ölkələrdə seçki qutularının nəticələrinə məhəl qoyulmaması, terrora əl atmaq, xüsusilə də Trampın rəsmi olaraq məsuliyyəti öz üzərinə götürdüyü şəhid Süleymaniyə qarşı terror və onlarla başqa əməllər, hansı ki, onları qeyd etməklə siyahı uzanır – qərbin ikili standartlarının nümunələri sırasında olduğu bir halda indi də iyrənc bir hərəkətə yol verərək, rəsmi hərbi qüvvə olan İnqilab Keşikçilərini terror siyahısına salmaq qərarına gəliblər. Əvvəla, bunun beynəlxalq hüquq baxımından heç bir hüquqi nəticəsi yoxdur, yalnız çarəsizlik və qəzəb əlamətidir. İkincisi, bu iş normal hüquqlar baxımından da yanlışdır. Çünki onlar SEPAH-ın başqa ölkələrdə sui-qəsdlər törətdiyinə aid bir iş tapa bilmirlər. Amma Amerika gəlib İraqda, Yəməndə və Əfqanıstanda minlərlə insanı öldürüb. Fələstin Muxtar Hökuməti elan etdi ki, ötən 2022-ci ildə sionist rejim 220 fələstinlini qətlə yetirib, 9 min nəfəri yaralayıb, 6 min 500 nəfəri həbs edib, 832 binanı dağıdıb və fələstinlilərin dolanışıq mənbəyi olan 13 min zeytun ağacını kökündən çıxarıb. Bir anlığa təsəvvür edin ki, İran bu cinayətləri etsəydi, Amerika və Avropada nə qədər hay-küy yaranardı. Amma onlar bu cinayətləri insan haqlarının pozulması hesab etmir və bütün gücləri ilə sionist rejimi dəstəkləyirlər. İran üçün insan hüquqları şurasının faktaraşdırıcı komitəsinin üzvlərini təyin edirlər, amma bilmirlər ki, bu ayrı-seçkiliklə xalqları özlərinə güldürürlər.
Xətib daha sonra deyib: “Bu günlərdə avropalılar insan haqlarını müdafiə etmək adı ilə İrana qarşı yaxalarını cırırlar. Həm İran xalqının, həm də dünya xalqının sualı budur ki, insan haqları niyə yalnız Amerika və Avropanın əleyhdarları üçün ortaya gəlir və sionist rejimin cinayətlərinə qarşı isə heç bir əhəmiyyət daşımır? Onlar sionist rejimi tam dəstəkləməklə praktiki olaraq bu rejimə deyirlər ki, bacardığınız qədər çox öldürün, bacardığınız qədər çox yaralayın və bacardığınız qədər daha çox fələstinlinin evlərini dağıdın. Bu ikili standartlar müasir bəşəriyyətin alnına ləkədir.”
Ayətullah Amili əlavə edib: “israil 66 yaşlı Kərim Yunis adlı fələstinli məhbusu həbsdən azad etdi. Bu məhbus qırx il idi ki, həbsdə idi! Əsir düşəndə ​​onun 26 yaşı var idi. Hazırda onun 66 yaşı var. O deyir ki, həbsdəki dostlarımın hamısı 30 ildir həbsdədir. O, azadlığa çıxması ərəfəsində emosional məktub dərc edərək dünyanın bütün azad insanlarının gözlərini ağlatdı. Mən bu məktubu israilin Azərbaycan Respublikasındakı insanlıqdan, azadlıqdan, insan haqlarından danışan səfirinə təqdim edirəm.”
Xətib qərb ölkələrinə səslənərək vurğulayıb ki, siz SEPAH-ı tərifləsəniz, SEPAH özünün düzgünlüyünə şübhə etməlidir. israil ordusunu və o qondarma rejimin polisini tərifləməyinizlə, SEPAH-ın eyni sırada olması heyfdir.
Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının sədri deyib: “Aşura hadisəsindən sonra Yezid, İbn Ziyada məktub yazıb dedi ki, Hüseyni öldürmüsən, bir az da irəli get, özünü Məkkəyə çatdır və Məscidül-Həramda özünə səngər tutmuş Abdullah ibn Zübeyri də öldür. İbn Ziyad məktubun cavabında yazdı: Cənab əmir! Peyğəmbərin oğlu Hüseyn ibn Əlinin qanına bulaşmış əlin Abdullah ibn Zübeyr kimi murdar adamın qanına bulaşması və iki qanı bir mərtəbəyə qoymaq heyfdir.”
Avropa ölkələrinin ordularının hərəkətlərinə toxunan xətib deyib ki, dünyada ədalətli məhkəmə olsaydı, Amerika ordusu, sionist rejim ordusu, İngiltərə, Fransa, İspaniya, Almaniya, İtaliya, Hollandiya, Belçika, Portuqaliya kimi Avropa ölkələrinin ordları terror orduları kimi təqdim edilməli idi. Onlar bəşər tarixi boyu fərdlərə, millətlərə və hökumətlərə qarşı ən ağrı cinayətləri törətmişlər. Təkcə Amerika ordusu 200-ə yaxın qanuni hökuməti devirmişdir.
Rəhbərlik Ekspertlər Şurasının üzvü avropalıların SEPAH-a hücumunun səbəbini təhlil edərək qeyd edib ki, bu işlərin pərdəarxası üzə çıxmalıdır. SEPAH-a qarşı hücumun əsas səbəbi regionda misilsiz qüdrətə malik olan SEPAH-ın onların “Yeni Yaxın Şərq” planını məhv etməsi və İranın raket, pilotsuz uçan aparat və kosmik imkanlarını böyük ölçüdə artırması və sanksiyaları zərərsizləşdirməsidir. Məsələn, biz hər il 66 milyard dollarlıq benzin idxal edirdik. Amerika bizim ehtiyacımızı anladı və dərhal benzinə embarqo qoydu. SEPAH dərhal Fars körfəzi neft emalı zavodunun tikintisi ilə ölkəyə benzin idxalını lüzumsuz hala gətirdi. Onlar embarqonu gücləndirmək üçün vaxtaşırı gəmimizə hücum edirdilər. Yenə də SEPAH meydana çıxdı və cavab zərbəsi endirdi. İndi İran 2 ağır tanker alıb və neftimizi embarqo altında İslam Respublikasının bayrağı ilə Cənubi Amerikaya aparır. Amerika da təhdid edir, amma heç nə edə bilmir. Mütəxəssislərimiz gedib oradakı neftayırma zavodlarını təmir etdilər, əlavə ağır yağla qarışdırıb yeni məhsul hazırladılar. Bu məhsul orada satılır və onun pulu ölkəyə gəlir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button