AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Nurəddin Şirin: Azərbaycan İslamın döyünən ürəyi, gözümüzün nurudur

Qüds TV-nin direktoru 19 Yanvarla bağlı keçirilən mərasimdə deyib: “Sionist rejim bütün İslam dünyası və bəşəriyyət üçün bir fəlakət, təhlükə, virus və bəladır.”
Qafqaz Həqiqətləri xəbər verir ki, “19 Yanvar – Dünya Müsəlman Azəriləri Günü” münasibətilə Ərdəbildə Şeyx Səfiyəddin Ərdəbili kompleksində mərasim keçirilib. Mərasimdə dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş qonaqlar iştirak edib.
Mərasimin natiqlərindən biri də Türkiyənin Qüds TV-nin direktoru Nurəddin Şirin olub. O, çıxışında deyib: “İmam Xamenei buyurub: “Bəsicilər dünyanın hər yerində vardır və yalnız onların dili fərqlidir”. Mən də Türkiyədən olan bir bəsiciyəm. Siz burada “Ləbbeykə ya Xamenei” deyirsinizsə, biz də Türkiyədən və Ankaradan fəryad çəkirik: “Ləbbeykə ya Xamenei”. Düşmənlər bilsinlər ki, İmam Xamenei İslam ümmətinin rəhbəri və İslamın əziz şüarı və İslam səmasında sönməz məşəldir.”
Nurəddin Şirin çıxışının davamında deyib: “Həmd olsun Allaha ki, yanvarın 19-da qardaşlarımız Arazın o tayından sevinc göz yaşları içində ana qucağına, ata torpağına və İslam bayrağı altına gəldilər. Amma bu hadisə təkcə Arazın o tayı ilə bağlı deyil. İslam bayrağı altında toplaşmaq və bir-birlərinə qucaq açmaq bütün müsəlmanların arzusudur. İnşallah, bir gün gələcək ki, bütün müsəlmanlar bir bayraq altında toplaşacaqlar.”
Qüds televiziya kanalının direktoru daha sonra deyib: “Biz müqavimət əhli və müqavimət nəsliyik. Biz Qasim Süleymani məktəbinin şagirdləriyik. İnşallah, Qüdsün azad edilməsinə və qondarma sionist rejimi məhv olan günə qədər Qasim Süleymaninin bayrağını dalğalandıracağıq. “israil” təkcə Fələstin, Qüds, Livan və Qəzzə üçün deyil, bütün İslam dünyası və bəşəriyyət üçün təhlükə, fəlakət, virus və bəladır. Özünü uduzmuş bəzi ölkələr deyirlər ki, sülh və təhlükəsizliyin bərqərar olması üçün “israil”lə münasibətlərimizi normallaşdırmalıyıq. Amma biz deyirik ki, sülh və təhlükəsizliyin bərqərar olması üçün “israil” məhv olmalıdır. Bu, Quranın və Rəsuli-əkrəmin (s) əmridir. Bu, İmam Xomeyninin və general Hacı Qasım Süleymaninin əmridir. Bu əmr gerçəkləşəcək, qəsbkar və fəsad törədən sionist rejim tarixin zibil qutusuna qatılacaq.”
Sionist rejimin Türkiyə ilə münasibətləri normallaşdırmaq səylərini xatırladan Nurəddin Şirin deyib ki, sionistlər Türkiyə ilə müttəfiq olmağı və Türkiyə vasitəsilə müqavimət cəbhəsinin kürəyindən xəncər vurmağı planlaşdırıblar. Biz alçalmanı və zilləti qəbul etmirik, canımızı verəcəyik, amma “israil”ə Türkiyədə yer verməyəcəyik. “israil”in yeri Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Hicaz və Azərbaycan deyil, “israil”in yeri cəhənnəmin dibidir. İslam ölkələri sionist rejimin varlığından təmizlənməsələr, Allaha bəndəlik edə bilməzlər. “israil” bir murdardır. Bu təkcə mənim sözüm deyil, Türkiyə əhli-sünnəsinin də sözüdür.
O, vurğulayıb ki, sionist rejimlə bizim münasibətlərimiz normallaşmayacaq. Çünki sionist rejimlə münasibətləri normallaşdırmaq Qurana, tarixə, Rəsulullaha, Seyidüş-şühədaya və əcdadlarımıza qarşı hörmətlislikdir. Mütəal Allah Qurani-Kərimdə yəhudiləri müsəlmanların ən qatı düşməni kimi tanıdır. Əgər yəhudi bizi iki yol arasında seçim etməyə vadar etsə, yəni normallaşma və ya qırmızı ölüm və şəhidlik, biz şəhidliyi seçəcəyik. Biz şəhidlərin bayrağını endirməyəcəyik.
Nurəddin Şirin çıxışının sonunda deyib: “Azərbaycan İslamın döyünən ürəyi, gözümüzün nurudur. Yaşasın Azərbaycan, məhv olsun israil…
Ləbbəykə ya Hüseyn”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button