ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əlcəzair prezidenti BMT-nin Ukrayna və Colan Yüksəklikləri ilə bağlı fərqli mövqeyini tənqid edib

 Əlcəzairin prezidenti Əbdülməcid Tabun BMT-nin Ukrayna, Fələstin və İsrailin işğal etdiyi (Suriyanın) Colan Yüksəklikləri ilə bağlı ziddiyyətli mövqeyini tənqid edib.

 Əbdülməcid Tabun bunu Fransanın “Le-figaro” qəzetinə müsahibəsində deyib.

Ukraynadakı vəziyyətlə bağlı sualı cavablandıran Əlcəzair prezidenti deyib ki, ölkəsi Əlcəzair Ukraynada baş verənləri dəstəkləmir və ya pisləmir.

Tabun, Birləşmiş Millətlər Təşkilatının Ukrayna ilə bağlı mövqeyinin Suriyanın Colan və Fələstinlə müqayisədə fərqliliyini tənqid edib.

“Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Avropadan kənarda İsrailin Colan və Mərakeşin Qərbi Saharanı işğal etməsi kimi oxşar hadisələri pisləməsi arzuolunan olardı”, deyə o əlavə edib.

Əlcəzair prezidenti Fransa haqqında deyib: “Fransa müstəmləkəçi olmaq kompleksindən qurtulmalı, Əlcəzairlilər isə müstəmləkəçilikdə qalmaq kompleksindən azad olmalıdırlar”.

O Fransa tərəfindən Əlcəzair ərazisində vaxtilə nüvə sınaqlarının keçirilməsinə işarə edib və buradakı qalıqların təmizlənməsi məsuliyyətinin Fransanın üzərində olduğunu vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button