ArxivXəbər lentiXəbərlər

Milli Şura mitinq keçirdi-Etirazçılar “Talana son” dedi – Fotolar

“Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz edilir.

AzadXeber.az-ın əməkdaşının verdiyi məlumata əsasən, mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı Milli Şuranın aksiya keçirməsinin bir sosial tələb olduğunu bildirib. Daha sonra Əli Kərimli çıxış etməyə başlayıb. O, hakimiyyəti xalqa qarşı divan tutmamağa çağırıb.

Mitinqin xalqın tələbi olduğunu dilə gətirən Cəmil Həsənli çıxışında bildirib ki, etirazçıların bu meydana gəlməsinin qarşısını almaq üçün hakimiyyət çox iyrənc əməllərə əl atıblar, hətta profil oğurluğuna kimi müxtəlif manevrlər edilib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mitinqdə çıxışı zamanı deyib ki, “manatın dəyərdən düşməsi, bahalaşma təbiət hadisəsi deyil. Uzun illər boyu neftin pulunu talayıblar. Nəticədə ölkə neftdən tam asılı vəziyyətə salınıb. İndi gühahkar hakimiyyət çıxsın xalqa hesabat versin”.

“Hakimiyyət xalqın bütün sərvətini oğurlasa da, insanların mübarizə ruhunu oğurlaya bilməz. İnsanlar manata görə yox, əzilən mənəviyyatına, onunla hesablaşılmadığına görə meydana çıxıb.”

Milli Şura üzvü Hacı Rövşən Əhmədov çıxışında belə deyib.

O, manatın bir gündə 33 faiz ucuzlaşması ilə xalqın güzəranının daha da pisləşdiyini vurğulayıb. Rövşən Hacıyev çıxışında deputat Hadı Rəcəblinin müəllimləri “işdən sonra fəhləliyə çağırmaqla təhqir etdiyini” deyib.

Aksiya “Koroğlu” uverturasının səsləndirikməsi ilə başa çatıb. Mitinqin təşkilatçıları aksiyada 10 min nəfərin iştirak etdiyini bəyan edib. Növbəti aksiyanın tarixi isə aprelin 5-nə təyin edilib.

Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)
Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)
Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)
Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)
Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)
Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)
Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)
Milli Şura mitinq keçirdi-Yenilənib 2 (Foto)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button