AktualAktual

Volqoqradda baş verən teror hadisələrinin pərdə arxası

Vəhhabilik Rusiyada terorizmin əsas səbəbkarı

Moskva, Ərəbistan-Amerika cərəyanına qarşı olmasının nəticəsini görür

Rusiya siyasi və təhlükəsizlik mütəxəssislərinin nəzərinə görə Volqoqradda baş verən teror hadisələri Rusiyanın Suriya hadisələrində müstəqil siyasətlərinə cavab və Ukraynanın Avropa Birliyinə  daxil olmasına mane olduğu üçündür.

Rusiyanın Volqoqrad şəhərində baş verən son teror hadisələri xalqa o qədər təsirli oldu ki, Vladimir Putin xalqın ruhiyəsini dəyişmək üçün yeni ilin ilk bir neçə gününü uyğun məntəqədə keçirdi. Rusiyaın prezidenti Volqoqrad şəhərində təhlükəsizlik işçiləri və hərbi rəsmilərlə iclasda bir daha elan etdi ki, Moskva terorizmlə barışmaz mübarizəyə hazırdır.

Dekabr ayının 29-u və 30-u intiharçı partlayışlar nəticəsində 34 nəfər həlak oldu, onlarla şəxs yaralandı. Hər iki partlayışda hədəf siravi vətəndaşlar idi. Təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, teror hadisələrində hədəf xalq arasında qorxu yaratmaq və xalqın dövlətin, təhlükəsizlik orqanlarının və hərbiçilərin təhlükəsizliyi təmin edə bilməsinə inamını itirməkdir.

Son hadisələrin özəlliyi bundan ibarətdir ki, teror hadisələrini törədənlər şimali Qafqaz millətlərinə (çeçenlər, dağıstanlılar və…) aid şəxslər yox, ruslar və slavyan xalqlarından olan şəxslərdir. Bu məsələ təhlükəsizlik təşkilatları və hüquq-mühafizə orqanlarının işini çətinləşdirib, xalqın nigaranlığının artmasına səbəb olub.

Daha mühüm sual budur ki,  Rusiyada baş verən son teror hadisələrinin pərdə arxasında hansı ölkələrin mənafesi durur?

Ötən ilin iyul ayında Qafqaz əmirliyi teror təşkilatının başcısı Doku Umarov çeçen döyüşçülərindən istədi ki, teror hadisələri törətməklə Soçi şəhərində qış olimpia oyunlarının keçirilməsinə mane olsunlar.

Umarov 2012-ci ilin əvvəllərində bildirmişdi ki, şimali qafqazdan xaricdə Rusiyanın əleyhinə əməliyyatlar keçirməyəcək. Çeçen döyüşcü qruplarının sərkərdəsi olan bu şəxsin mövqesini dəyişməsi xarici himayəçilərin Rusiyaya qarşı mövqelərinin dəyişməsi deməkdir. Bu barədə Amerika, İngiltərə, Səudiyyə ərəbistanı və Qatara işarə olunur.

Rusiyanın xarici işlər nazirliyi Doku Umarov kimi terorist qrupların rəhbərlərinin, döyüşçüləri Rusiya əleyhinə cihada çağırmasını pisləməklə yanaşı, bu məsələdə bəzi ölkələrin öz mənafelərini güddüyünü də bildirdi.

Rusiya xarici işlər nazirliyinin uyğun bəyanatında bildirilir ki, bəzi siyasi mütəxəssislər və siyasətçilər öz jeopolitik hədəflərinə xatir teroristləri düzgün və səhv addım atan iki qrupa bölmək istəyirlər.

Bundan əvvəl də Rusiya təhlükəsizlik rəsmiləri dəfələrlə çeçen mücahid qrupların bəzi xarici ölkələr tərəfindən, o cümlədən Səudiyyə Ərəbistanı və Qatar tərəfindən himayə olduqlarını bildirmişdi.

Bəzi rus mütəxəssislər və media nümayəndələri Volqoqradda baş verən teror hadisələrini vəhhabilərin işləri olduğunu bildirdilər.

Baş verən hadisələr ilk baxışda dini görünür. Çünki teror hadisələrini törədənlər ən kiçik işlərini də öz dini inanclarına bağlayırlar. Bu şəxslərin əqidə əsaslarını tanımaq, həqiqi İslamı, Şimali Qafqazda və Rusiyanın bəzi cənub məntəqələrində fəaliyyət göstərən ifratçı, terorist qrupların nəzərdə tutduqları İslamdan ayırd etmək üçün zəruridir.

Məsələnin kökü bura qayıdır ki, ötən il Rusiya üç dəfə Amerika və onun müttəfiqlərinin mənafesinə qarşı oldu. Moskva İran və Çinin həmkarlığı ilə Suriyaya hücuma mane oldu. Vaşinqtonun israrına baxmayaraq Edvard Snodeni təhvil vermədi və Ukraniyanın Avropa Birliyinə daxil olmasına mane oldu.

Doku Umarov Əlqaidə və digər beynəlmiləl teror təşkilatlarından Rusiyanın əleyhinə bütün fürsətlərdən istifadə etməyi istəmişdi.

Oktyabr və dekabrda baş verən Volqoqrad teror hadisələri bunu gstərir ki, Umarovun bəyanatı təkcə bir media təbliğatı deyildi. Əksinə Rusiyada ciddi təhlükəsizlik problemi yaratmaq hədəfində idi. Elə bu səbəbdən Rusiya təhlükəsizlik orqanları son dövürlərdə dəniz (Xüsusi ilə Türkiyə vasitəsi ilə) və yer (xüsusi ilə Gürcistanın Pankist dərəsi) yollarını ciddi nəzarətə götürüb.

Rusiyadan nə istəyirlər?

Rusiyalı siyasi mütəxəssis Aleksandr Tomovun fikrinə görə Volqoqradda baş verən son intiharçı partlayışlardan məqsəd Soçi şəhərində qış olimpia oyunları üçün lazımı təhlükəsizliyin olmamasını göstərməkdir.  Bunun nəticəsində xarici vətəndaşaların bu olimpiyaya gəlməmələrinə çalışırlar.

Bəzi Amerika və qərb mütəxəssisləri və media nümayəndələri Volqoqrad dəmir yolu dayanacağında baş verən partlayışın ilk dəqiqələrində Rusiyada teror hadisələrinin şiddətlənməsinin səbəblərini araşdırdılar və Vladimir Putinin siyasətini belə bir şəraitin yaranmasının əsas səbəblərindən biri olduğunu dedilər.

Bir çox Amerika və qərbli siyasətçilər Rusiyada baş verən son teror hadisələrində Viladimir Putinin də müəyyən qədər günahı olduğunu bildirdilər. Çünki Putinin hakimiyyəti dövründə 70 dən çox intiharçı teror əməliyyatı keçirilib. Bunların bir hissəsi Rusiya prezidentinin göstərişi ilə teroristlərə qarşı ifrat zorakılıq olması və insan hüquqlarının tapdanması mövzusu ilə bağlıdır.

Rusiyalı mütəxəssis Andrey Koprikov Volqoqradda baş verən son partlayışların Moskvanın bir neçə il öncə tabeçilik etdiyi ölkələr tərəfindən Putinə problem yaratmaq məqsədi ilə törədildiyini bildirir. O açıq-aşkar şəkildə İraq, Yuqaslavia, Çeçenistan, Əfqanıstan, Libiya, Tunis, Misir və Suriyada beynəlmiləl teror qruplarını himayə edən amerikalılara, anqlosaksonlara,  yəhudilərə və səudlara işarə edir.

Bu rusiyalı mütəxəssisin fikrinə görə Putinin beynəlmiləl ərsədə əldə etdiyi müvəffəqiyyətlər Moskvanın xarici rəqibləri tərəfindən daxili problemlərin yaranmasına səbəb olub və Volqoqrad hadisələri bunun aşkar nümunələrindəndir.

Əfqanıstan və məntəqə ölkələri araşdırma mərkəzinin müavini Rəhmətullah Abdullahov son teror hadisələrini Moskva üçün xəbərdarlıq hesab edir.

Abdullahov fars xəbər agentliyi  müxbiri ilə söhbətində birlirdi: Volqoqrad partlayışlarının sifarişçiləri bu işləri ilə Rusiyanın qış olimpia oyunlarının təhlükəsizliyini təmin etmək üçün bəzi mühüm ölkələrdən kömək istəməsini istəyirlər. Bu kömək (yəni intiharçı əməliyyatların, partlayışların dayandırılması) yalnız bəzi pərdə arxası güzəştlər və razılaşmalar müqabilində göstərilə bilər.

Suriya böhranı, İranın nüvə məsələsi, Əfqanıstan və məntəqənin gələcəyi, həmçinin digər məsələlərdə qərb və müttəfiqlərinin Rusiyadan xal almağa çalışması təbiidir. Lakin mühüm məsələ budur ki, Putin qeyd etdiyimiz razılaşmalara  gedəcək ya yox?

Bu tacik mütəxəssisə görə Moskvanın yenidən özünü, milli mənafesinin nəinki uzaq xaricdə, hətta  yaxın xaricdə də (keçmiş sovet ölkələri) təhlükəyə düşəcəyi bir şəraitə salması inandırıcı deyil.

Rusiya təhükəsizlik orqanlarının təqaüdə çıxmış generalı Yevgeni Labaçovun fikrinə görə son teror hadisələrdən məqsəd Soçi olimpia oyunlarında tanınmış xarici vətəndaşların iştirakı üçün yaradılmış şəraiti korlamaqdır. Onun fikrinə görə  bu teror hadisələri xarici qüvvələrin, xüsusi ilə Səudiyyə Ərəbistanın maddi himayəsi ilə baş verir.

Zəif diplomatiya nəticə verməyəcək

Rusiyada Şərq və Afrika Araşdırmalar Mərkəzinin müdiri Səid Qafurov da Volqoqrad teror hadisələrini Moskvanın Suriya ilə bağlı tutduğu mövqesinə görə bəzi ölkələrin qisas almağa səyləri kimi göstərdi. Həmçinin Rusiyanın xarici siyasətindəki zəif nöqtələrə işarə etdi.

O bildirir ki, son illərdə yaxın şərq və Fars körfəzində baş verən bəzi vəhşiliklər qarşısında Rusiya diplomatiyası yumşaq reaksiya göstərdi. Bu isə bəzi qüvvələrin cəsarətlənmələrinə səbəb oldu. Rusiya səfirinin Qatar hüquq-mühafizə orqanlarının  işçiləri tərəfindən döyülməsi bağışlanmamalı idi. Rusiya həmçinin Səudiyyə Ərəbistanının Bəhreynə hücumu qarşısında sükut etdi. Lakin bu düzgün addım deyildi.

 Bu mütəxəssisin fikrinə görə Fars körfəzi sultanları yalnız qorxu və güc ilə təsirlənirlər, başqa yollarla onlarla razılaşmaq mümkün deyil. Odur ki, Rusiyanın sükutunu zəiflik mənasında başa düşdülər və Rusiyadakı ifratçı vəhhabi qruplara maddi köməklərini artırdılar.

Bəzi rus media nümayəndələri Volqoqrad partlayışından sonra Səudiyyə Ərəbistanı hərbi kəşfiyyat başçısı Şahzadə Bin Sultanın iyul ayında Moskvaya səfəri barəsində müxtəlif sözlər yazdılar. Bəzi qərb və ərəb media nümayəndələrinin məlumatlarına görə Bin Sultan Rusiya prezidenti ilə görüşündə bildirmişdi ki, əgər Moskva Suriya məsələsində yumşaq mövqe tutsa, Soçi olimpia oyunlarının təhlükəsizliyi təmin olunacaq.

Səudiyəli şahzadə müstəqillik tələb edən çeçənlərin uyğun olimpia oyunları barəsində hədələri ilə bağlı deyib ki, çeçen qrupları Riyadın nəzarəti altındadır.

Siyasi və təhlükəsizlik məsələləri üzrə mütəxəssislər bu fikirdədirlər ki, Rusiya və digər ölkələr beynəlmiləl ərsədə Amerika, Səudiyyə Ərəbistanı və Qatar kimi terorizmin himayəçisi olan ölkələrə daha çox təzyiq vasitələrindən istifadə etməlidirlər. Zərurət olduqda onların dünyanın müxtəlif nöqtələrindəki terorizm mərkəzlərini  hədəfə almalıdırlar.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button