ArxivXəbər lentiXəbərlər

Rusiyanın beynəlxalq Quran yarışlarının 16-cı turu keçiriləcək

Rusiyanın beynəlxalq Quran – Kərim yarışlarının 16 – cı turu cari ilinin oktyabr ayının 11 – də Moskvada keçiriləcəkdir.

Qafqaz.ir -in  “krakes hal” xəbər agentliyinin informasiya portalına istinadən verdiyi xəbərə görə, Rusiyanın beynəlxalq Quran – Kərim yarışlarının 16 – cı turu cari ilinin oktyabr ayının 11 – də, Zöhr və Əsr namazlarından sonra Moskvada “Krakes Sity Hal” salonunda keçiriləcəkdir.
Bu yarışlarda iştirak edəcək ölkələrin adı hələ mətbuat üçün açıqlanmayıbdır.
Moskvanın beynəlxalq Quran yarışları hər il Rusiyanın Müftilər Şurasının təşəbbüsü və müxtəlif İslami və qeyri – İslami ölkələrdə yaşayan müsəlmanların iştirakı ilə keçirilir.
Bu yarışlarda iştirak edənlər Quran – Kərimin hifzi və qiraəti üzrə rəqabət aparırlar.
Qeyd edək ki, qeyri – rəsmi hesabata görə, Rusiyada yaşayan 145 milyon nəfər cəmiyyətin 20 milyondan çoxunu müsəlmanlar təşkil edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button