ArxivXəbər lentiXəbərlər

Türkiyə ordusunun PKK-ya qarşı hərbi əməliyyatları barədə xəbərdarlıq

İraq Kürdüstanı yerli hakimiyyəti başçısı Türkiyə ordusu ilə PKK yaraqlıları arasında toqquşmaların yenidən başlanması haqda xəbərdarlıq edib.

İraqın Şəfəq informasiya portalının məlumatına görə, İraq Kürdüstanı yerli hakimiyyət başçısı cümə günü bir bəyanat yayaraq, PKK yaraqlıları ilə Türkiyə ordusu arasındakı toqquşmaların yenidən qızışmasından təəssüfləndiyini bildirib və deyib: Bu müharibə odunun alovlanması mənfi və təhlükəli nəticələrə səbəb ola bilər.

Bu bəyanatda həmçinin deyilir: PKK-nın Türkiyə ordusuna qarşı savaşı etnik və tayfalararası toqquşmalara çevrilə bilər. Bu isə böyük bir faciəyə səbəb olacaq.

İraq Kürdüstanı yerli hakimiyyəti başçısı həmçinin, PKK ilə Türkiyə ordusu arasında gedən toqquşmaların qurbanlarının kədərini bölüşərək, müharibənin davam edəcəyi təqdirdə, müharibə qurbanlarının sayının daha da artacağını bildirib və hər iki münaqişə tərəfindən istəyib ki, bir daha müzakirə masasına qayıdaraq, sülh prosesini izləsinlər.

PKK yaraqlıları ilə Türkiyə ordusu arasında gedən toqquşmalar iki ay öncədən, PKK yaraqlılarının Türkiyə silahlı qüvvələrinə qarşı yenidən hücumlar həyata keçirməsi ilə, bir daha qızışıb.

PKK-nın yenidən Türkiyə silahlı qüvvələrinə qarşı hücumlara başlaması ilə Türkiyə hökuməti 2013-cü ildə imzalanmış atəşkəs müqaviləsinin qüvvədən düşdüyünü elan etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button