AktualAktualArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

İşğalçı Ermənistan rejimi işğal edilmiş Fələstində səfirliyini açdı

Sionist rejim mediaları Ermənistanın 18 sentyabrda Təl-Əvivdə rəsmi olaraq səfirlik açmasını xəbər veriblər.

Qafqaz Həqiqətləri “armen pres” saytına istinadla xəbər verir ki, Ermənistanın Təl-Əvivdə səfirliyinin açılışı mərasimində sionist rejiminin xarici işlər nazirliyinin Avrasiya bölməsinin rəhbəri İtzhak Karmel Kağan iştirak edib.

Ermənistanın işğal edilmiş Fələstində səfiri Armen Sambatyan səfirliyin yəhudi təqvimi ilə yeni il astanasında açılışana təsadüf etməsini simvolik bir addım adlandırıb, yeni yəhudi ili münasibətilə bütün israilliləri təbrik edib.

İtzhak Karmel Kağan bu mərasimdə sionist rejiminin təmsilçisi kimi Ermənistanın Təl-Əvivdə səfirlik açmasını alqışlayaraq Təl-Əviv və Ermənistan münasibətlərinin genişlənməsi çox önəmli məsələ adlandırıb, iki tərəf arasında davamlı danışıqların təşkil edilməsinə təkid edib.

Region məsələləri üzrə ekspertlərin fikrincə, Ermənistan hökumti bu düşünülməmiş hərəkəti ilə İran İslam Respublikasının bir nömrəli düşməni olan sinost rejiminin Qafqazda oyununu tamamlamaq üçün rol ifa edir. Sözsüz ki, İrəvanın İran və sionist rejimi arasındakı münaqişə və keşməkeşə daxil olması Ermənistanın maraqlarına böyük ziyanlar vuracaq.

Ekspertlər Ermənistanın işğal edilmiş Fələstin ərazilərində səfirlik açmasını və sionist rejimi ilə münasibətləri genişləndirməsini strateji səhv hesab edirlər və bunun İrəvan hökuməti üçün çox az faydası ola biləcəyini bildirirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button