ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

13 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verib?

13 saylı Cəzaçəkmə Müəssisəsində ağır diabeti olan dustağın döyüldüyü və sonra öldüyü bildirilir.

Məlumatı jurnalist Xədicə İsmayıl “Feysbuk” hesabında paylaşıb.

Məlumata görə, vəfat edən Röyal adlı məhbus Gəncə sakinidir.

“Toplum TV” faktı dəqiqləşdirmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb.

Mehman Sadıqovun sözlərinə görə, heç bir döyülmə faktı yoxdur: “Məhkum öz əcəli ilə ölüb. Ölümün səbəbi isə tibbi ekspertizadan sonra bəlli olacaq”.

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Rövşən Hacıbəyli hadisədən məlumatsız olduğunu deyib: “Yazmışdılar ki, ölən şəxs Gəncə məhbuslarındandır. Bizdə Gəncə məhbuslarının siyahısı var. Onların arasında Röyal adlı məhbus yoxdur”.

R.Hacıbəyli vurğulayıb ki, belə hadisələr Azərbaycan həbsxanalarında adi hala çevrilib: “Dəfələrlə biz belə halların şahidi olmuşuq. Məhbusun bu şəkildə təzyiqlərə məruz qalması tamamilə insan haqlarına zidd bir addımdır. İnsan hüquqları təşkilatları dəfələrlə bu cür hadisələri pisləyiblər. Müxtəlif qurumlara bu barədə müraciətlərin olunmasına baxmayaraq, belə hadisələrə son qoyulmayıb”.

Hüquq müdafiəçisi Arzu Abdullayeva da məsələdən xəbərdar olmadığını bildirib.

Hüquq müdafiəçisinin fikrincə, belə halları törədənlər məsuliyyətə cəlb olunmalıdırlar: “Bu cür hallar Azərbaycan üçün çox pis nəticələrə gətirə bilər. Ermənilər bundan istifadə edə bilərlər ki, Azərbaycanda insan haqları vəziyyəti necədir”.

O, fikirlərinə əlavə olaraq söyləyir: “Yalnız Allah müəyyən edə bilər ki, kimsə yaşasın ya ölsün. Kim olursa olsun insandır. Günahı olsa da, olmasa da cəzaçəkmə müəssisəsində məhbusa qarşı belə bir hərəkət düzgün deyil”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button