ArxivIslamXəbər lentiXəbərlər

İlahiyyatçı Abgül Süleymanov cəza kamerasında saxlanılır

Xəbər verdiyimiz kimi ilahiyyatçı Hacı Abgül Süleymanov 2 saylı CÇM-dən 10-saylı CÇM-ə köçürülüb.
qafqaz.ir İslamazeri.com-a istinad xebere  görə, Hacı Abgül Süleymanov köçürüldüyü gündən “kars”da – cəza kamerasında saxlanılır. Onun cəza kamerasında saxlanılmasının səbəbi məlum deyil.
Göründüyü qədər həbsxana rəhbərliyi əhya gecələrində ilahiyyatçını “kars”da saxlamaq istəyir. Yeri dəyişdrilən məhbuslar “karantin”də saxlanılır, lakin bu yeni məhbuslarla bağlıdır,  qayda pozduqda “kars”a salınır – Hacının oruc halda qayda pozduğu inanılası deyil.“, -deyə İslamazeri.com-a mənbə bildirib.
Bu gün CÇM-nə gedən xalasını isə onunla görüşməyə buraxmayıblar və “Yaxşıdı, 2 günə “zon”a buraxacağıq (red: yəni cəza kamerasından cəza çəkmə müəssisəsinə buraxılacaq)”.
Qeyd edək ki,  Hacı Abgül Süleymanov həbs edildiyi 2011-ci ildən bu vaxta kimi MTN, Kürdəxanı təcridxanası, 13 saylı CÇM, 7 saylı Qapalı Xüsusi Rejimli həbsxana, 11 saylı CÇM, 2 saylı CÇM və 10 saylı CÇM-ində saxlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button