ArxivIslamXəbər lentiXəbərlər

Bakıda siyasi məhbusların həyatından bəhs edən “Son Söz” kitabının təqdimatı olub – Videoreportaj

“İnsanları yaşat ki, dövlət yaşasın” .
bu şüar Azərbaycandakı siyasi məhbusların həyatından bəhs edən “Son Söz” kitabının təqdimat mərasimində səslənib.
Təqdimat mərasimində ölkənin tanınmış ictimai-siyasi xadimləri, söz və fikir adamları, ziyalılar , partiya və təşkilat rəhbərləri, əfv sərəncamı ilə azadlığa çıxan keçmiş
siyasi məhbuslar və onların ailə üzvləri iştirak ediblər.
“D 18” Hərəkatının təşkil etdiyi təqdimat mərasimini açıq elan edən Hərəkatın sədri Ruslan İzzətli “Son Söz” kitabının dörd kateqoriyadan ibarət olduğunu dilə gətirib. O, bildirib ki, bu kitab siyasi məhbusların gələcək nəsillərə tanıdılması baxımdan olduqca əhəmiyyətlidir. Ruslan İzzətli əlavə edib ki, “Son Söz” kitabı 2007-ci ildən sonra həbsxanada dünyasını dəyişən və məhbəs həyatından sonra dünyadan köçən siyasi məhbusların həyatından bəhs edir.
Təqdimat mərasimində çıxış edən Müsavat başqanı Arif Hacılı bildirib ki, məhbəsdə olan siyasi məhbusların həyatı boşa getməyib. Çünki onların çəkdikləri əziyyətlər Azərbaycan cəmiyyətinə və gələcək nəsillərə xidmət edir. Bu baxımdan siyasi məhbusların son sözlərini və onlar haqqında qısa məlumatları özündə əks etdirən “Son Söz” kitabının ərsəyə gəlməsi, siyasi məhbuslara verilən dəyərin kiçik bir nümunəsidir.
Daha sonra tədbirdə söz alan Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər sözügedən kitabı ərsəyə gətirənlərə təşəkkürünü bildirib. O, xalqın sön sözünü deyəcəyinə əmin olduğunu vurğulayıb.
Nardaran hadisələrinə görə həbs olunan inanclı siyasi məhbus Abbas Hüseynin bacısı Yasəmən Hüseyn isə çıxışında bildirib ki, 2020-ci ildə Azərbaycanda heç bir siyasi məhbusun olmayacağına və onların azadlığa qovuşacağına ümid edir.
Təqdimat mərasimində çıxış edən digər şəxslər də, bu kitabın Azərbaycan cəmiyyəti üçün əhəmiyyətindən söz açıblar. “Son Söz” kitabının gələcək nəsillər üçün faydalı bir mənbə olacağını dilə gətiriblər.
Ctrl+ Enter Mət

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button