AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Bakıda caz musiqi festivalı; Azərbaycan xalqının dini inanclarına hörmətsizlik

Məhərrəm və səfər ayının son matəm günlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakda caz musiqi festivalına başladı.

Qafqaz Həqiqətləri – Bakıda caz musiqi festivalı 18 oktyabrda Azərbaycan Respublikasının müstəqilliyi haqda bəyanatın qəbul edilməsi ildönümü günü (bu il Ərbəin gecəsinə təsadüf etdi) başladı. Festival 27 oktyabrda –İslam Peyğəmbərinin (s) vəfatının ildönümü günü– öz yüksək həddinə çatacaq.

Gecələr caz festivalı konsertlərində iştirak etmək pulsuzdur.

İyun ayında Bakıda “caz günləri”, yaxud “caz yayı” adlı musiqi festivalının keçirilməsindən bir neçə ay ötməmiş yenidən müsəlmanların matəm saxladığı səfər ayının son günləri ilə eyni zamanda bu festival təşkil edilmişdir.

20 oktyabrda da Bakıda Heydər Əliyev Mərkəzi parkinda Azərbaycan Respublikası prezidentinin qızı Leyla Əliyevanın iştirakı ilə bu ölkənin bir neçə pozğun müğənnisinin konserti təşkil olundu. Bu konsertdə Rusiyanın yəhudi-azəri xanəndəsi və Leyla Əliyevanın sabiq həyat yoldaşı Emin Ağalarov da konsert icra edərək Azərbaycan mahnısını oxudu.

Bir neçə gün bundan əvvəl Təbrizin imam cüməsi höccətül-islam Ali-Haşim Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynovla görüşündə Bakı dövlətinin Azərbaycanın müsəlman xalqının dini inanclarına etinasız yanaşmasını və İmam Hüseyn (ə) matəmi günlərində musiqi müsabiqələri təşkil etməsini qınadı.

Qeyd edək ki, ekspertlərin fikrincə Azərbaycan Respublikasında bu il məhərrəm ayı mərasimlərinin möhtəşəm keçirilməsi və bu ölkə xalqının İmam Hüseyn (ə) Ərbəini yürüşündə iştirakının günbəgün genişlənməsi anti-din dairələrini narahat etmişdir. Bu üzdən caz musiqi festivalı keçirməyi, dini müqəddəslərə etinasızlıq, Azərbaycan müsəlmanlarının dini inanc və dəyərləri ilə mübarizə aparmağı öz iş proqramlarına salıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button