AktualAktualArxivFatimi yaşayişIslamQadin və hicabXəbər lentiXəbərlər

Astara gömrüyündə Ərbəin zəvvarlarına mədəni paketlər paylanacaq

İmam Hüseyn (ə) Ərbəin ziyarətindən qayıdan xarici zəvvarların uca tutulması məqsədilə Astara gömrük-keçid məntəqəsində onlara 15400 mədəni paket hədiyə ediləcək.

Qafqaz Həqiqətləri – Redaksiyamızın “Mehr”-ə istinadla verdiyi xəbərə görə, Ərbəin xarici zəvvarları çərşənbə axşamı səhər saatlarından başlayaraq Astara gömrük-keçid məntəqəsi vasitəsilə öz ölkələrinə qayıtmağa başlayıb. Zəvvarların yola salınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, gömrük-keçid məntəqəsində namaz otaqları, qarşılama mokəbləri yaradılıb.

Bu il əsasən Azərbaycan, Gürcüstan və Rusiyadan olan 17 mindən çox xarici zəvvar Astara sərhədindən keçərək Kərbəlaya yola düşmüşdü. Biləsuvar gömrük-məntəqəsindən də yola düşənlərin bir hissəsinin Astara gömrüyü vasitəsilə öz ölkələrinə qayıtması gözlənilir.

Astara Ərbəin İdarəsi qonaqların qarşılanması üzrə komitəsinin sədri Cəmşid Məhdəvi deyib: “Astara imamzadələri xadimlərinin və xeyriyyəçilərin iştirakı ilə möhür, təsbeh, səccadədən ibarət 15400 ədəd mədəni paket hazırlanmışdır və sərhəd terminal mokəbində zəvvarlara paylanacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button