ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Boradigahlılar Rəşad Nəbiyevdən internet istəyirlər

Onlar qəsəbənin yüksək sürətli internet xəttinə qoşulmasını xahiş edirlər

Masallı rayonunun Boradigah qəsəbəsinin bir qrup sakini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət edib.
Onlar qəsəbədə internetlə bağlı yaranmış problemin həll edilməsini istəyirlər.
Sakinlər rabitə xətlərinin köhnəlməsi ilə əlaqədar qəsəbədə internet trafikinin vaxtaşırı kəsildiyini deyirlər:
“Son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar yüzlərlə abunəçi telefonsuz və internetsiz qalıb. İnternetlə bağlı problemlər səbəbindən məktəblilərin əksər hissəsi buraxılış və qəbul imtahanlarına onlayn hazırlıq imkanından məhrum olur, yerli sakinlər Azərbaycanın digər bölgələrindəki və xaricdəki qohumları ilə əlaqə saxlaya bilmirlər”.
Sakinlər qəsəbənin yaxınlığından GPON sisteminin optik-lif rabitə xətti keçdiyinə diqqət çəkiblər.
Onlar nazirdən qəsəbəni keyfiyyətli, yüksək sürətli internetə çıxışı təmin edən bu sistemə qoşmağı xahiş ediblər.
Müraciəti qəsəbənin 40 sakini imzalayıb.
“Aztelekom” MMC-nin Cənub Regional Filialından isə bildirilib ki, bu qəsəbə rayonda avtomat telefon stansiyalarının (ATS) qurulduğu ilk məntəqələrdəndir:
“Bu gün təkcə Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir. Son 5 ildə Masallıda rabitə xidməti ardıcıl olaraq yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Lakin bu gün yeni nəsil texnologiyanın tətbiqi daha sürətli, keyfiyyətli xidmətin təmin olunması zərurətini yaradır. Bu məqsədlə ölkə ərazisində olduğu kimi Masallı rayonunda da yeni yüksək sürətli optik internet şəbəkəsinin tətbiqinə başlanılıb. Artıq şəhər ərazisində, eləcə də bir sıra kəndlərdə layihələr davam etdirilir”.
Filialdan vurğulanıb ki, qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi də son yeniliklərlə bağlıdır:
Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir”.
Filial güman edir ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək.
Boradigah sakinlər isə “Aztelekom”un Cənub Regional Filialının cavabında qeyd edilənləri bölüşmürlər.
Onlar Meydan TV-yə yenilənməyən xətlərin şəkillərini göndərməklə nazirliyin mövcud mənzərəyə yenidən nəzər salmasını istəyblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button