ArxivXəbər lentiXəbərlər

Azərbaycanda cinayətlərin sayı artıb – STATİSTİKA

Azərbaycanda törədilən cinayətlər artıb.

Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə ölkədə 26 916 cinayət baş verib ki, bu da əvvəlki ilə nisbətən 9,4% artıqdır.
Xatırladaq ki, 2014-cü ildə ölkədə 2014-cü ildə ölkədə 24 min 607 cinayət hadisəsi baş verib.

Ağır cinayətlər daha çox artıb
Ötən il ölkədə törədilən hər 7 cinayətdən 1-i ağır cinayət olub. Ağır cinayətlərin sayı 3 min 922 təşkil edir, bu da ümumi cinayətlərin 14,5%-ni təşkil edir. Ötən illə müqayisədə ağır cinayətlərin sayı 18% artıb.

Əsas cinayətkarlar kişilərdir
Statistika göstərir ki, cinayət törədənlərin əksəriyyəti kişilərdir. Ölkədə hər 14 cinayətdən 13-ndə günahkar kişilər olur. Belə ki, 2015-ci ildə cinayət törədən şəxslərin ümumi sayı 16 min 322 nəfər olub. Onlardan 15 min 194 nəfəri kişilər, 1128 nəfəri isə qadınlardır. Başqa sözlə, qadınların kriminal olaylarda payı cəmi 7% təşkil edir.

Ən çox zərər çəkənlər də kişilərdir
Statistika göstərir ki, cinayət törədənlərdə olduğu kimi, ondan zərər çəkənlərin də əksəriyyəti kişilərdir. Belə ki, 2015-ci ildə cinayətlərdən zərər çəkənlərin 70,5% kişilər, 29,5% qadınlar idi.

7,8 min nəfər həbs edilib
2015-ci ildə cinayət törədənlərdən 13 min 270 nəfəri məhkum edilib. Onlardan 7 min 830 nəfəri azadlıqdan məhrumetmə cəzası alıb. Azadlıqdan məhrum edilənlərin 286 nəfəri 14-18 yaşlı yeniyetmələrdir.

Ən çox törədilən cinayətlər
Azərbaycanda ən çox baş verən cinayətlər oğurluqdur. Ötən il törədilən 26 mindən artıq cinayətin 6338-i oğurluq, 3660-ı dələduzluq, 2949-u narkotika ilə bağlı, 1733-ü yol hərəkət hadisələri, 1112-i xuliqanlıq, 361-i qəsdən sağlamlığa ağır zərər vurmadır. Ötən il 203 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. (fins.az) /

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button