ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da fars dilindən Azərbaycan türkcəsinə 8 kitab tərcümə və çap edilib

Ötən üç ayda Azərbaycan Respublikasında fars dilindən Azərbaycan türkcəsinə 8 kitab tərcümə və çap edilib.

IRIB-nin məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi bu xəbəri verərək, deyib: Bu kitablar İŞİD təkfirçi cərəyanının fikri və siyasi zəminləri, İranın 30 müasir yazıçı və şairinin təqdimi, Gənc şiənin vəhhabilərin suallarına cavabı, “Mərhəmət müraciətini gətirən, peyğəmbərlik mərhəməti və cahillik kobudluğu”, Fars dili və ədəbiyyatı məsələləri, Ayətullah Cəfər Sübhaninin “Yaxşı mübarizə” və “Dini plüralizm” kitablarına şamil olur.

O, sonra deyib: Ötən üç ayda həmçinin İranın Mədəniyyət Mərkəzinin köməyilə “Gizli xəzinə” və “Nurlu şəhər” kitabları Azərbaycan dilində çap edilibdir ki, bu iki kitab yaxın gələcəkdə fars dilinə tərcümə ediləcək.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi ləyaqət ongünlüyündə Rəzəvi xadimlərinin iştirakı ilə Bakı, Sumqayıt və Lənkəran şəhərlərində Rəzəvi festivallarının, həmçinin iki məşhur iranlı şair Xaqani-Şirvani və Məhəmməd Hüseyn Şəhriyarın anım mərasimlərinin Bakıda keçirilməsini, eləcə də İranda Azərbaycan Respublikasınnın, Azərbaycan Respublikasında da İranın mədəniyyət həftələrinin təşklini İranın Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzinin qarşıdakı bir neçə aydakı proqramlarından elan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button