AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında vəziyyəti məlum adamlar sionist rejimlə əlaqələri gücləndirmək üçün plan çəkirlər

Azğın “Nurçu” firqəsinin Azərbaycan Respublikası Milli Məclisində təmsilçisi Fazil Mustafa sionist rejimlə hərbi əməkdaşlığın gücləndirilməsini istəyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, anti-şiə və anti-İran mövqei ilə tanınan Fazil Mustafa İran yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı şübhəli və yalan videogörüntü, habelə Bakı KİV-nin İran və Azərbaycanın işğal edilmiş əraziləri arasında körpü salınmasına aid saxta xəbərlər yaymasının ardınca, “Modern” saytına verdiyi müsahibəsində iddia edib: “İranın bu addımı Ermənistana dəstək verməkdir və Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır.”

Həmişə şiə islamçılar və İran İslam Respublikası əleyhinə mübahisəli və gülünc iddialar səsləndirən Türkiyə və sionist rejimin tərəfdarı olan Azərbaycan Respublikası deputatı bir sıra KİV-lər və vəziyyəti məlum adamlarla birlikdə İrana qarşı yeni dalğa başladıb.

Fazil Mustafa tam həyasızlıqla deyib ki, Azərbaycan Respublikası sionist rejimə bağlı bəzi adamların və saytların İran yük maşınlarının işğal edilmiş Qarabağ ərazisinə getməsinə aid gülünc iddiasına reaksiya bildirməli, İrana cavab olaraq sionist rejimlə hərbi əməkdaşlığı gücləndirməlidir.

Sionist rejimə bağlı bu kütbeyin deputatın iddiasına cavab olaraq demək lazımdır: Siz uzun illərdir ki, bu uşaq qatili və işğalçı rejimlə ikitərəfli münasibətlər qrumusunuz, çoxlu hərbi avadanlıq almısınız. Bununla Azərbaycan Respublikasının işğal edilmiş 20 faiz torpaqlarını ermənilərdən geri ala bildinizmi?

Hal-hazırda sionist rejim Azərbaycan Respublikasının hakimiyyət strukturlarına nüfuz etmişdir və məntəqədə öz xüsusi məqsədləri ardıncadır və sözsüz ki, işğal edilmiş Fələstin ərazilərində səfirliyin açılmasından sonra əhalisinin 95 faizdən çoxunu müsəlmanlar təşkil etmiş bir ölkənin ermənilərə hücum etməsinə icazə verməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button