ArxivIslamXəbər lentiXəbərlər

Moskva ABŞ-ın Gürcüstanda bioloji testlərinə görə narahatlığını bildirib

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi: Amerikadan istəyirik ki, Gürcüstanda bioloji testlərin qadağası ilə bağlı konvensiyalara əməl etsin.

Qafqaz Həqiqətləri xəbər verir ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova deyib: “Moskva rəsmilərinin Amerikadan gözləntisi budur ki, Pentaqonun bioloji silahlarla bağlı o cümlədən Gürcüstanda həyata keçirdiyi müəyyən fəaliyyətlər səbəbindən yaranmış narahatlığı aradan qaldırsın.”

Zaxarova əlavə edib: “Pentaqonun dünyanın müxtəlif yerlərində, o cümlədən Rusiya sərhədlərində hərbi və bioloji fəaliyyətləri ciddi suallar yaradıb. Xüsusilə də Gürcüstan ərazisində “Riçard Luqar” İctimai Sağlamlıq Mərkəzində” amerikalı hərbçilərin iki funksiyalı proqramlar həyata keçirdiyi və Vaşinqtonun bioloji silahların qadağan olunması konvensiyasına etibarlıq yaratmaq adı altında göstərdiyi fəaliyyət diqqət altındadır.

Amerikadan istəyirik ki, Gürcüstanda bioloji testlərin qadağası ilə bağlı konvensiyalara əməl etsin.

Mətbuat katibi vurğulayıb: “Amerikadan istəyirik ki, Gürcüstanda bioloji testlərin qadağası ilə bağlı konvensiyalara əməl etsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button