ArxivXəbər lentiXəbərlər

Cəmil Həsənlinin unikal arxiv materialları əsasında yeni kitabı

  • Rusiyanın ən böyük akademik nəşriyyatı ROSSPEN (РОССПЭН) professor Cəmil Həsənlinin “Советский Азербайджан: От оттепели к заморозкам (1959–1969)” adlı monoqrafiyasını çap edib. Bu nəşr alimin 2018-də Bakıda buraxılmış “Azərbaycanda Sovet Liberalizmi, 1959-1969)” kitabının yeni variantıdır.
Monoqrafiya Vəli Axundov – Məmməd İsgəndərov – Ənvər Əlixanov onilliyində Sovet Azərbaycanında cərəyan edən siyasi, milli, mənəvi, dini, tarixi, ədəbi, mədəni prosesləri əhatə edir. Burada yeni rəhbərliyin ilk addımları, Moskvanın satrapı Vladimir Semiçastnının Azərbaycanda fəaliyyəti, respublikada millətçiliyə qarşı “vintlərin” sıxılması, Nikita Xruşşovun “islahatları” və Azərbaycan, 1963-cü ilin Sumqayıt hadisələri, Dağlıq Qarabağ və Ermənistanla olan münasibətlər, Azərbaycanda ədəbi proses, Xruşşovun “qarğıdalı epopeyasının” zərərli nəticələri, maestro Niyazi və Azərbaycan mədəniyyəti, sair məsələlər əhatə edilir. Kitabda “Xruşşov baharı”ndan “Brejnev payızı”na doğru tarixi proses Sovet Azərbaycanının kontekstində təqdim edilir. Monoqrafiya 60-cı illərdə Azərbaycanda milli özünüdərk, ictimai fikirdə, ədəbiyyatda və sənətdə baş verən təbəddülatlar, o cümlədən respubliknın Dağlıq Qarabağ Muxtar Vilayətində gedən açıq və gizli proseslər haqqında rusdilli oxuculara qiymətli məlumatlar verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button