ArxivSosialXəbər lentiXəbərlər

Amerika səfirliyində beş yaşlı qıza təcavüz edildi

Amerikanın Hindistandakı səfirliyinin ərazisində beş yaşlı qıza təcavüz olunub. Səfirlikdə işçi kimi çalışan uşağın anası hüquq-mühafizə orqanlarına müraciət edib.

“Hindustan Times” qəzetinin verdiyi məlumata görə, təcavüzdə şübhəli bilinən şəxs tutulub. Məlum olub ki, 25 yaşlı kişi səfirlikdə sürücü kimi çalışır. İstintaqın məlumatına görə, o, uşağı otağına aparıb və təcavüz edib.

Qız tibbi müayinədən keçib və uşağın cinsi istismara məruz qaldığı təsdiqlənib.

Dehli polis nümayəndəsinin sözlərinə görə, kişi qızın hadisə barədə valideynlərinə məlumat verəcəyini gözləmirmiş.

Diplomatik nümayəndəlik bu hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button