ArxivIslamXəbər lentiXəbərlər

Türkiyənin Xarici İşlər naziri Azərbaycana gəlir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyixəbər verib.

Xəbərə görə, Şuranın iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan XİN rəhbərləri, müşahidəçi üzv statusuna malik Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini  iştirak edəcəklər.

Səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button