ArxivQadin və hicabXəbər lentiXəbərlər

Qadının əlinə gül yaraşır, yoxsa süpürgə?

Xanım Zəhranın (ə) mübarək mövlud günündə Bakı şəhərində maraqlı hadisə baş verib. Maraqlı hadisə bundan ibarətdir ki, həmin gün xanımlara gül paylanılıb. Çox gözəl təşəbbüsdür həqiqətən. Şəhərdə gördüyüm bu hadisə əlbəttə məni təəccübləndirmədi, çünki bu təşəbbüsün sahibləri dindar camiəyə mənsub xanımlar idi və dindarların nəzərində məhz Xanım Zəhranın (ə) mövlud günü qadınlar bayramı hesab edilir.
Bu yazını yazmağa məni həvəsləndirən gördüyüm bir fraqment oldu. O da, bu güllərdən birinin süpürgəçi bir xanıma verilməsi oldu. Fotosu da çəkilib saytda yerləşdirildi. Zehnimə gələn isə o oldu ki, Xanım Zəhra (ə) ardıcılı olan bir neçə xanımın zəkasına və yüksək mədəniyyətinə baxın ki, küçə süpürən bir xanıma bayram münasibətiylə gül verib, bayramını təbrik edirlər. Çünki həmin gün o xanımın bayramı idi. Amma bunun müqabilində dini, çadranı, dindarı bəyənməyən, onların ruhanilərini haqsız yerə həbs edən, şərləyən insanlar bu xanımları küçə süpürməyə vadar edirlər. Düşüncəyə baxın, bu gülləri xanım süpürgəçiyə təqdim edən xanımlar siravi bir dindar xanımlardır. Onların dini rəhbərləri olan ruhanilər isə bu əməlləri cameədə yaymaqla məşğuldur. Onları haqsız yerə həbs edənlər isə xanımın əlinə gül deyil, süpürgə verməyi rəva görüblər. Vay olsun belə kişiliyin halına. Bəs türk xanımının hörmətindən, izzətindən dəm vuran, 1-ci vitse prezidentə “xanım qəhrəman” adları yapışdıran vətənşüvənlər, dövlətşüvənlər haradadır, çıxsınlar meydana, tüpürsünlər xanımın əlinə süpürgə verənlərə. Haradadır orda-burda şüvənlik edib çadranın türk xanımına yad olduğunu deyən araqarışdıran, kütbeyin insanlar, haradadır hicabı türk qadınına yaraşdırmayan nadan, yarımağıllı insanlar, kor gözlərini açıb görsünlər ki, onlar bircə dəfə də türk qadınını küçə süpürməyə vadar edənlərə etiraz etmədikləri halda bəyənmədikləri çadra və hicab əhli olan xanımlar bu xanımları süpürgəyə deyil, gülə layiq bilirlər. (Əlbəttə, küçə süpürmək ar deyil, amma bu işi kişi görsə yaxşıdır, nəinki qadın)
Bir məsələni də qeyd etmək istərdim. Deməli, Azərbaycanda çox adam 8 martı qadınlar bayramı hesab edir. Həmin gündə, yəni 8 mart günündə fabrikdə işləyən bir dəstə qadın müdiriyyətə ağır iş rejiminin müqabilində aldıqları az maaşa görə etiraz ediblər. Nəticədə müdiriyyət güzəştə gedib və bu işi görənlərin başçısı, ideoloqu kommunist bir qadın olduğu üçün o zamandan bəri sovet sosialist respublikalarında və o cümlədən Azərbaycanda sovet vaxtı bu gün bayram kimi qeyd edilib. İndi də sovetin məhv olmasına baxmayaraq bu yaramaz adət aradan getməyib. Yaxşı, deyək ki, o qadınlar mübariz olub etiraz etmişdilər. Onların başlatdığı aksiya müsbət nəticə verdi. Nəhayət bayramla nəticələndi. Həmin bayramı Azərbaycanda da qadınlar bayramı kimi qəlmə verdiniz. Bəs budurmu sizin qadınlara verdiyiniz hörmət? Nə üçün İlham Əliyev 8 martdan bir-iki həftə qabaq öz həyat yoldaşına ölkənin ən bahalı hədiyyəsi olan 1-ci vitse prezident postunu hədiyyə edir, bəs xalqın xanımı küçəmi süpürməlidir? Hanı sizin qeyrətiniz, qadına verdiyiniz hörmət? Sizin dar düşüncəniz anlamırmı ki, qadının əlinə gül yaraşır, süpürgə yox? Əgər səviyyəniz bundan ibarətdirsə, bir də efirdə, radioda, orda-burda türk qadınından danışıb özünüzü izzət sahibi kimi aparmayın və bilin ki, vətənşüvənlik, türkşüvənlik etdiyiniz yerləri süpürüb sizlərdən təmizləmək lazımdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button