ArxivXəbər lentiXəbərlər

İran bu gündən nüvə sazişindəki bəzi addımlarını dayandıracaq

İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bəyanat ünvanlayıb.
Bəyanatda deyilir ki, İran bu gündən etibarən nüvə sazişindəki bəzi addımlarını dayandıracaq.
Əlavə olunur ki, İran hazırkı mərhələdə artıq zənginləşdirilmiş uranın və ağır su ehtiyatlarının saxlanılmasına dair məhdudiyyətlərə öhdəlikli olmayacaq.
İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planında qalan ölkələrə nüvə sazişindəki, xüsusilə də bank və neft sektorlarında öz öhdəliklərini yerinə yetirmək üçün 60 gün vaxt verir.
2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button