AktualAktualArxivXəbər lentiXəbərlər

Vəliyyi-Fəqihin nümayəndəsi: 19 Yanvar hadisəsinin təhrif edilməsi yolverilməzdir Vəliyyi-Fəqihin nümayəndəliyinin Mühəqqiq Ərdəbili Universitetində ofisinin rəhbəri 19 yanvar hadisəsinin təhrif edilməsinin yolverilməz olduğunu vurğulayıb.

Qafqaz Mədəniyyət Mərkəzi – Çərşənbə günü Ərdəbildə keçirilən “Kimliyə qayıdış” seminarda höccətül-islam Seyfullah Müdəbbir deyib: “Azəri tarixində və 19 Yanvar hadisəsində təhriflər baş vermişdir. Ona görə də bu hadisə barədə Azərbaycan xalqını məlumatlandırmaq istiqamətində bir sıra addımlar atılmalıdır”.
S. Müdəbbir əlavə edib: “Bəziləri bu böyük hadisənin zamanını 19 yanvardan 31 dekabra dəyişdiriblər ki, onu milad bayramı ilə ilgiləndirərək dinlə bağlılığını inkar etsinlər”.
Vəliyyi-Fəqihin nümayəndəsi vurğulayıb: “Azərbaycan xalqı bilməlidir ki, 19 Yanvar dünya azəriləri günü və dünya azəri dilli millətlərin vəhdət günüdür”.
O, 19 Yanvar hadisəsinə işarə edərək deyib ki, siyasi təzyiqlərin azaldığını hiss etdikdə minlərlə azəri Biləsuvardan Naxçıvana qədər sərhədlərə axışdı. İrana daxil olan azərilər qohumlarının evlərinə getmək əvəzinə məscidlərə üz tutdular, İmam Hüseynin (ə) matəm bayraqlarını sinələrinə sıxdılar.
S. Müdəbbir vurğulayıb: “Bu hərəkətin soyuq bir qış ayında baş verməsi öz-özlüyündə mühüm deyil. Ən önəmli olan bu hərəkət və hərəkətin məqsədi və cəmiyyətin hara getmək istəməsidir. Hətta imperiya rejimi də bu məqsədi təhrif etdi”.
Vəliyyi-Fəqihin nümayəndəsi bəyan edib ki, Qarabağa rəsmilik verən və onu dəstəkləyən yalnız Amerikadır. Halbuki, tarixi təhrif edərək Qarabağı işğal edənlərə İranın dəstək verdiyini deyir.
İmperiya quruluşunun bir-iki günə aid olmadığını vurğulayan ofis rəhbəri deyib: “İmperializm bir quruluşdur və bu imperializm hətta İŞİD-i yaratmışdır. Azərbaycandan üç min beş yüz nəfər İŞİD-ə qoşulmuşdur. Halbuki, Azərbaycanın qanı İŞİD qanı ilə fərqlidir”.
S. Müdəbbir həmçinin təkid edib: “Bugünləri Azərbaycan xalqı bilməlidir ki, (19 yanvarda) sərhədləri adlamaq milliyyətə görə idi. Bu inanc xalqa çatdırılmalıdır ki, hər bir tarixi təhriflərin qarşısı alınsın”.

IMG_1345 IMG_1346 سیدرضا-626x380 IMG_1345 IMG_1339                       IMG_1340  IMG_1342 IMG_1343 IMG_1336 IMG_1335 IMG_1333

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button