ArxivXəbər lentiXəbərlər

İslam Mədəniyyəti vəƏlaqələriTəşkilatının sədr müavininin müşaviri: Bəziləri 19 yanvar tarixini saxtalaşdırır/Azərbaycan dərsliklərində İran düzgün tanıdılmır

İslam Mədəniyyəti vəƏlaqələriTəşkilatınınbeynəlxalq məsələlər üzrə sədr müavininin müşaviri 19 yanvar hadisəsi ilə bağlı bir sıra tarix təhriflərinə toxunub və tarix saxtakarlığı qarşısında ayıq olmağa təkid edib.
Qafqaz Mədəniyyət Mərkəzi – Çərşənbə günü Ərdəbildə “Kimliyə qayıdış” elmi toplantı keçirilmişdir. Seminarın iştirakçılarından olan İslam Mədəniyyəti vəƏlaqələriTəşkilatının beynəlxalq məsələlər üzrə sədr müavininin müşaviri Seyid Rza Mirməhəmmədi deyib: “Keçmiş tarixlə bağlı tarixi saxtalaşdırmaq əvəzinə tarixdə araşdırma aparmaq lazımdır. 19 yanvar hadisəsinin təsirləri səbəb olmuşdur ki, bəziləri bu tarixi təhrif etsinlər. Tarix araşdırması məsələsində bir iş görülməyəcəyi təqdirdə Azərbaycan Respublikası xalqının yeni nəsli hətta 19 yanvar reallığını da xatırlamayacaq və bunun ardınca İranı dost əvəzinə düşmən biləcək”.
Müşavir vurğulayıb: “Azərbaycanın tarix, ədəbiyyat və mədəniyyəti nümunəvi bir zənginliklə doludur. Bugünləri onu üzə çıxarmaq və əl çatan etmək lazımdır”.
Azərbaycanı və onun zəngin tarixini buölkənin öz xalqına tanıtmağın zəruriliyini bildirən Mirməhəmmədi diplomatik sahədə də bu barədə bir sıra addımlar atılmalı olduğunu deyib.
O, təkid edib: “Təəssüf olsun ki, Azərbaycan Respublikasının dərslik kitablarında İran təcavüzkar ölkə kimi tanıdılır. Halbuki, tarixi sənədlər belə göstərmir. Ona görə də ölkəmiz diplomatik sahədə addımlar atmalıdır”.
İslam Mədəniyyəti vəƏlaqələriTəşkilatının beynəlxalq məsələlər üzrə sədr müavininin müşaviri baş vermiş təhriflər qarşısında vəzifəmizin kimliyə qayıtmaq olduğunu vurğulayaraq deyib: “Çox təəssüf ki, bəziləri qərbin səhv tərif və təhriflərinin ardınca gedirlər”.
19 yanvarı Azərbaycan xalqının kimliyə qayıtmaq istək və təmənnası hesab edən müşavir qeyd edib: “Bu kimliyin amilləri İslam və İran olmuşdur. İran sərhədlərinə toplaşan insanlar azəri dilinə və azəri soyuna görə gəlməmişdilər”.
Bu məsələ ətrafında sapındırıcı təfəkkürlərin formalaşmasında qərb və Rusiyanın istiqamət verməsinə toxunan müşavir deyib: “Bu induksiyanın nümunəsini Azərbaycanın müstəqilliyindən sonra Türkiyənin baş nazirinin mövqeinin dəyişməsində müşahidə etmək olar”.
Mirməhəmmədi əlavə edib: “Halbuki, 19 yanvarın aydın məqsədləri və aspektləri olmuşdur. Uzun illər boyu ana vətəndən uzaq düşmüş cəmiyyət öz kimliyinə qayıtmaq istəyirdi”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button