ArxivNardaranXəbər lentiXəbərlər

İlahiyyatçılar Hacı Zülfüqar və Hacı Elmanın məhkəmə prosesi başlayıb

Nardaran hadisələri ilə bağlı daha bir qrupun məhkəməsi başlayıb.

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin bəzilərinin hüquqlarını müdafiə edən vəkillər olmadıqları üçün proses təxirə salınıb.
Hazırlıq iclası yanvarın 30-da davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov və bir neçə nəfər saxlanılıb.

Daha sonra Lənkəranda Elman Seydəmir oğlu Ağayev, xırdalanda isə Zülfüqar Sədrəddin oğlu saxlanılıb.
Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb. Onların da məhkəmə prosesi davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button